15:31 28.09.2026 32

"D liqasına və heç-heçəyə layiq oyun idi" - Şahin Diniyev

Dünən Azərbaycan millisi səfərdə Litva ilə qarşılaşıb. Tərəflər 1:1 hesabı ilə meydandan ayrılıblar.

Yığmamızın sabiq baş məşqçisi Şahin Diniyevlə əlaqə saxlayıb Litvadakı matç barədə nə düşündüyünü soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə olub:

“Bərabər səviyyəli komandaların oyunu idi. Düşünürəm ki, hesab görüşə uyğun oldu. Hər iki tərəfdə istək və arzu çox olsa da, oyun keyfiyyəti baxımından nəzərəçarpan bir şey görə bilmədik. Sadəcə etibarlı müdafiə olunmağa çalışırdılar, hər iki komanda ehtiyatlı oynayıb uduzmamağa cəhd edirdi. Bu səbəbdən nəticəni ümumən normal sayıram. Qarşıda Litva ilə evdə matçımız da var, oyunqabağı uduzmamaq daha yaxşı idi. Ancaq bu o demək deyil ki, doğma meydanda rəqibi mütləq məğlub edəcəyik. Komandalar bir-birinə layiq, eyni səviyyədə olan rəqiblərdir. D liqasındayıqsa, deməli, səviyyə baxımından eyniyik. Baxmayaraq ki, Litva UEFA reytinq cədvəlində bizdən bir neçə pillə geridədir, hər iki komandanın qələbə qazanmaq şansı var idi. Hesab oyuna görə oldu və düşünürəm ki, qrupdakı birinci yerin taleyini elə Litva ilə Bakıdakı görüş həll edəcək. Şanslar yenə də bərabərdir. Sərgilənən matça baxdıqda demək olar ki, hücumların qurulmasında, keyfiyyət və oyun planında "axsamalar" çoxdur. Müdafiədə bəlkə də stabil oynaya bilirlər, lakin hücum qurmaqda çətinlik çəkirlər. Az qol vurulması da bundan irəli gəlir. Birinci yeri tutmaq məsələsinə gəlincə, bilirsiniz ki, UEFA-nın bu reqlamenti və formatı ləğv edəcəyi gözlənilir. Artıq B, C, D kimi liqalar olmayacaq, Millətlər Liqasında yeni təsdiqlənmiş formata keçəcəklər. Bu səbəbdən hazırkı keçidlərin elə bir böyük önəmi olmayacaq. Bəlkə xal və əmsal yığmaq baxımından milli üçün xeyirlidir, lakin gələcəkdə D liqasından C liqasına keçid formatını görməyəcəyik. Əsas məsələ oyun keyfiyyəti idi, bunu da hər iki komandada görə bilmədik. Səbəblərini baş məşqçilər daha yaxşı bilər. Hal-hazırda gördüyümüz matç D liqasına və elə heç-heçəyə layiq bir oyun idi. Əlbəttə, itkilər də çox idi, hətta olduqca çox idi. Statistika da göstərir ki, topa sahib olma faizinə görə hər iki komanda bərabər idi. Hər iki komandada hücumların qurulmasında böyük problemlər var idi. Hücumların təşkilində və yekunlaşdırılmasında keyfiyyət baxımından "axsamalar" çox idi. Bu baxımdan vəziyyəti düzəltmək üçün hələ görüləsi çox iş var. Millimizə uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək.

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

28 Sentyabr 2026
15:31

"D liqasına və heç-heçəyə layiq oyun idi" - Şahin Diniyev

15:12

"Barselona" gənc vingeri "radar"ına aldı

15:02

"Qarabağ" bir sınaq matçı ilə kifayətlənəcək

14:53

Poqba azərbaycanlı futbolçu ilə komanda yoldaşı ola bilər

14:36

"Heç-heçəyə razı idim, amma məğlubiyyət amansızdır" - Yürgen Klopp

14:17

"Qalib gəlsəydik, daha yaxşı olardı, amma..." - Samir Əliyev

13:58

"Xan Yaşma"nın üzvü 25 saniyəyə nokautla qalib gəldi, daha 4 idmançı "qızıl" qazandı - FOTO/VİDEO

13:40

"Daha yaxşısını edə bilərdik" - "Şəfa"nın müdafiəçisi "Turan Tovuz"la oyundan nə gözləyir?

13:22

"Xankəndi" "Neftçi"nin köhnə bazasında başladı - Bu komanda ilə sınaq matçına çıxacaq

13:04

"Qəbələ"də yeni məşqçi təyinatları reallaşdı

12:45

Kunde üçün 50 milyon avro tələb edilir

12:26

Sabiq "Qalatasaray"lı karyerasını bitirdi

12:07

Almaniya millisinin 118 illik tarixində Klopp kimi uğursuzu olmamışdı

11:48

"Komandadan ayrılmaqla bağlı nəsə demək çox çətindir" - Elvin Yunuszadə

11:29

"Millimiz qarşı tərəfə sərbəst oynamaq imkanı vermədi" - Arif Əsədov

11:10

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:51

Rafinya ilə 3 İngiltərə nəhəngi və bu klub maraqlanır

10:30

Millətlər Liqası: Türkiyə millisi İtaliyaya qarşı - Əliyar Ağayev iş başında

10:09

İsak "Liverpul"a zədə ilə qayıdır

09:48

2-ci Liqa: "Şəmkir" lideri Şamaxıda qəbul edir

09:25

"Mançester Yunayted" onu istəyir

09:00

Jesuş Ronaldunu niyə matça daxil etmədi?

02:26

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

01:03

Millətlər Liqası: Portuqaliya Norveçi məğlub etdi

27 Sentyabr 2026
23:57

Millimiz pley-offa gedə biləcəkmi? - Şanslarımız açıqlandı

22:51

Balde "Barselona"dan ayrılacaq?

22:11

Palmer qərarını verdi

21:47

"Arsenal" və "Liverpul" Kevin Şade uğrunda mübarizə aparır

21:27

"Real Madrid" Mak Allisterin transferində israrlıdır

20:37

Edqaras Yankauskas: "Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik"

20:03

Ayxan Abbasov Litva ilə matçdan sonra nə danışdı?

19:52

"Barselona" Markos Lyorenteni azad agent kimi transfer etmək istəyir

19:13

Aleksander-Arnold qışda "Real Madrid"i tərk etməyəcək

18:53

UEFA Millətlər Liqası: Azərbaycan millisi Litvadan 1 xalla dönür

18:21

"Barselona" Holannı transfer etmək üçün hərəkətə keçir

17:43

Virtslə bağlı son qərar verildi

17:21

İngiltərə klubları bu hücumçunu "radar"ına aldı

16:58

"Mançester Yunayted" müdafiəni gücləndirməyi planlaşdırır

16:12

"Fənərbağça"nın ümumi borcu açıqlandı

15:39

Mahir Məmmədov 3-cü dəfə FIDE-nin vitse-prezidenti seçildi

Facebookdan bizi izləməyi unutmayın.
X