
Azərbaycanın 2-ci Liqasında 5-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son oyun günündə 2 qarşılaşma baş tutub.
“Dinamo” ilə “Marafon”un duelində sevinən tərəf qonaqlar olub. Binədə keçirilən oyundan 3 xalla ayrılan Sabirabad təmsilçisi 2-ci pillədə möhkəmlənib.
"Neftçi"nin bazasında üz-üzə gələn "Difai" ilə “Qaradağ Lökbatan”ın görüşündən isə Amit Quluzadənin komandası qalib ayrılıb. Lökbatanləlar yalnız son dəqiqələrdə vurduqları qollarıa geridönüş edə biliblər.
Qeyd edək ki, turun qalan oyunları ötən gün baş tutub. “Zəngəzur” “Kür-Araz”ı 5:1, “Hypers” “Şəki”ni 5:0, “Şirvan” “Şəmkir”i 3:2, “Ağstafa Gəncləri” isə “Ağdaş”ı 4:3 hesabı ilə məğlub edib.
2-ci Liqa
5-ci tur
29 sentyabr
“Dinamo” – “Marafon” 0:3
Qollar: M.Caniyev, 4. Ü.İbazadə, 46. Ə.Ələkbərli, 77.
“Difai” – “Qaradağ Lökbatan” 2:4
Qollar: A.Qaracayev, 41. E.Qurbanov, 78 - T.Axverdiyev, 10-pen. S.Allahquliyev, 82; 85. Ə.Hacılı, 90