
"Bayern"in hücumçusu Harri Keyn namizəd olduğu "Qızıl top" mükafatını qazanmaq ehtimalını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, ulduz forvard bu barədə Münhen klubunun rəsmi saytına danışıb.
O, doğma şəhəri Londonda keçiriləcək mükafatlandırma mərasimində son 25 il üçün ilk reallaşdırmaq arzusunu belə dilə gətirib:
"İlk növbədə mənə dəstəklərinə görə komanda yoldaşlarıma və klub rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Bu, məni çox qürurlandırır. Birlikdə inanılmaz dərəcədə çox çalışdıq və komandaya töhfə vermək üçün əlimdən gələni edirəm.
Əlbəttə ki, "Qızıl top" mükafatlandırma mərasiminə Londonun ev sahibliyi etməsi mənim üçün çox xüsusi bir hadisədir. Mən Londondanam və uzun müddət orada yaşamışam - bəlkə də bu, yaxşı əlamətdir. 20 ildən çoxdur ki, heç bir ingilis oyunçu "Qızıl top" mükafatını qazanmayıb (2001-ci ildə Maykl Ouen qalib olub - red.). Baxmayaraq ki, bu müddət ərzində bir çox əla ingilis oyunçumuz olub. "Qızıl top" mükafatını qazanmaq mənim üçün böyük bir nailiyyət olardı. Amma hələlik, çox çalışmağa davam etməyə və bu mövsüm formamı qorumağa diqqət yetirirəm".
Mükafatlandırma mərasimi ilk dəfə Londonda təşkil olunacaq. “Qızıl top”un qalibi oktyabrın 26-da İngiltərənin paytaxtında keçiriləcək mərasimdə açıqlanacaq.
Mirağa