
UEFA Millətlər Liqasında 3-cü tur başlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığması bu gün növbəti matçına çıxıb.
D Liqasında mübarizə aparan seçməmiz qrupdakı ikinci oyununu Lixtenşteynə qarşı keçirib. Matçda qapılara qol vurulmayıb.
Qarşılaşmanı Avstriyadan olan hakimlər idarə ediblər. Oyunun baş hakimi Kristian Petru Çoçirka olub.
Xatırladaq ki, millimiz qrupdakı ilk oyununu səfərdə Litva yığmasına qarşı keçirib və 1:1 hesablı heç-heçə ilə kifayətlənib. Lixtenşteyn isə ilk tur çərçivəsində evdə Litvaya 0:2 hesabıyla uduzub.
Azərbaycan millisi növbəti oyununu 4 oktyabrda Bakıda Litva yığmasına qarşı keçirəcək.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
1 oktyabr
Azərbaycan – Lixtenşteyn 0:0
Baş hakim: Kristian-Petru Çoçirka, Maksimilian Vays, Mihael Obritsberqer, Şafak Parmaksız (hamısı Avstriya).
VAR: Manuel Şyuttenqruber (Avstriya).
AVAR: Aleksander Harkam (Avstriya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Azərbaycan: 1 Emil Balayev, 5 Anton Krivotsyuk, 6 Abdulla Xaybullayev, 7 Toral Bayramov, 8 Emin Mahmudov (k), 9 Musa Qurbanlı, 10 Mahir Emreli, 14 Elvin Bədəlov, 17 Vüsal İsgəndərli, 19 Tellur Mütəllimov, 21 Rəhim Sadıxov.
Ehtiyat oyunçular: 12 Aydın Bayramov, 23 Rəvan Mirzəmmədov, 2 Edqar Adilxanov, 3 Rüfət Abbasov, 4 Rahil Məmmədov, 11 Ayxan Hüseynov, 13 Emil Səfərov, 15 Murad Xaçayev, 16 Rüfət Abdullazadə, 18 Cəlal Hüseynov, 20 Aleksey İsayev, 22 Anatoli Nuriyev.