Futzal üzrə UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən "Araz-Naxçıvan" ilkin mərhələdə bu gün son oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, təmsilçimiz meydan sahibi "Riqa" ilə qarşılaşacaq.
İlk 2 oyunu cəzalı olduğuna görə buraxan Felipinyo bu dəfə komandamıza kömək edə biləcək.
Oyunu 3 ölkədən olan referilər idarə edəcək.
“Riqa” (Latviya) – “Araz-Naxçıvan”
Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Martina Piccolo (İtaliya), Georgios Kozakos (Kipr)
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
26 avqust. Salaspils İdman Arenası. Saat 18:00