Bu gün "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində son oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu Avstriyanın "Ljuti Krajişniçi" komandası ilə qarşılaşacaq.
Linz şəhərindəki NMS İdman Sarayında baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Oyunu Filipe Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna) və Aleksandar Vangelov (Bolqarıstan) idarə edəcəklər.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda yer aldığı F qrupunda daha əvvəl Şimali İrlandiyanın "Sparta Belfast" klubunu 9:1, Şotlandiya təmsilçisi "PYF Saltires"i isə 7:2 hesabı ilə məğlub edib.