COVİD-19 testləri müsbət çıxdığı üçün Belçikada Karantinə alınan futzal millimizin iki üzvü - Eduardo Borqes və Rafael Vilelanın AVRO-2022-də oynamaq ehtimalı var.
Azərbaycan Futzal Federasiyasından Fanat.Az-a verilən məlumata görə, hər iki oyunçu bir həftə təcrid edildikdən sonra yenidən test verəcək.
Nəticələr müsbət olmayacağı halda, Borqes və Vilela Niderlanda yollanaraq təmsilçimizin ikinci görüşündə - İspaniya ilə dueldə iştirak edə biləcəklər. Əks-halda yığmanın legionerləri Belçikada qalacaq və Avropa birinciliyini buraxmalı olacaqlar.
Belədə, baş məşqçi Joze Alesio da Silvanın sərəncamında cəmi 12 futzalçı qalacaq. AVRO-2022-nin reqlamentinə əsasən yalnız qapıçını başqasıyla əvəzləmək mümükündür. Bu isə yalnız qolkiperin koronavirus testi müsbət nəticələnəcəyi təqdirdə baş verə bilər.