Futzal üzrə Yüksək Liqada pley-off mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, yarımfinalın ikinci oyununda "Baku Fire" "Araz Naxçıvan"la, EKOL isə "Neftçi" İK ilə növbəti dəfə münasibətlərini aydınlaşdırıb. Günün ilk duelində millimizin baş məşqçisi Joze Alesio da Silvanın başçılıq etdiyi kollektiv "Bakı alovu"nu "söndürüb". Naxçıvan təmsilçisi ilk görüşdə olduğu kimi, yenə rəqibini 6 top fərqi ilə məğlub edib.
"Araz Naxçıvan"ın finaldakı rəqibi isə EKOL olub. İlk oyunda əzəli rəqibi "Neftçi" İK komandasını 2 top fərqi ilə məğlub edən "şirkət təmsilçisi" bu dəfə də qalib gəlib.
Beləliklə, finalda "Araz Naxçıvan"la EKOL qarşılaşacaq.
Baku Fire - Araz Naxçıvan 0:6
Qollar: Felipinyo, 03:23, İsa Atayev, 7:43, Xətai Bağırov, 32:51, Ramiz Çovdarov, 34:24, 37:36, Fərid Ələkbərov, 38:24
(ilk oyun - 3:9)
EKOL - Neftçi İK 4:2
Qollar: İlkin Hacıyev, 2:51, Rüfət Balakişiyev, 48:52 - Namiq Məmmədkərimov, 23:31, 46:51, Mehdi Rəsulov, 41:53, Radik Əhmədov, 49:45
(ilk oyun - 2:0)