13:50 21.03.2023 445

Avropa çempionu olan millimiz vətənə qayıtdı

Rumıniyanın Buxarest şəhərində keçirilmiş U-23 Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə yığmamız dünən vətənə qayıdıb.

Fanat.Az xəbər verir ki, 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq 140 xal toplayan və komanda hesabında ardıcıl 2-ci dəfə Avropa çempionu olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər və idmançılar qarşılayıb.

Arif Abdullayev, yığma komandanın məşqçisi: “İlk növbədə xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm. U-23 Avropa çempionatında tam heyətlə iştirak etdik və 5 medal qazandıq. 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazandıq. Bəzi idmançılarımız səhvlərə yol verdilər və medal əldə edə bilmədilər. Ancaq ümumi götürəndə komandamız çox gözəl çıxış etdi. 140 xalla Avropa çempionu olduq. Bizi qarşıda böyüklərin Avropa çempionatı gözləyir. İlin ən önəmli yarışı isə lisenziya xarakterli dünya çempionatı olacaq. Əlimizdən gələni edəcəyik ki, Olimpiadaya maksimum sayda lisenziya əldə edək. İkinci dəfə Avropa çempionu olduq. Federasiya rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə və Milli Olimpiya Komitəsinə öz təşəkkürümü bildirirəm. Ötən il prezident İlham Əliyev bizi qəbul etmişdi. Onun diqqət və qayğısı öz töhfəsini verdi”.

Turan Bayramov, Avropa çempionu: “Bu yarış mənim üçün uğurlu keçdi. Həm də ona görə sevinirəm ki, buna bir əsgər olaraq nail oldum. Hədəflərim çoxdur. Bu il əsas məqsədim böyüklər arasında dünya çempionu olub, Olimpiadaya vəsiqə qazanmaqdır”.

Maqomed-Başir Xaniyev, Avropa çempionu: “İlk gün ağır keçdi. Növbəti gün finala yaxşı kökləndim və erməni rəqibimə qalib gəlib çempion oldum”.

İslam İlyasov, Avropa çempionu: “Yarış yaxşı keçdi. Təşkilatçılıq yüksək səviyyədə idi. Demək olar ki, ötənilki rəqiblər idi. Ən çətin görüşüm final qarşılaşması oldu”.

Rəşid Babazadə, Avropa ikincisi: “Karyeramda ilk dəfə Avropa çempionatında iştirak etsəm də, finala kimi irəlilədim. Yarımfinalda zədələndiyim üçün finalda güləşə bilmədim. Ancaq buna görə heyfslənmirəm. Çünki komandamız Avropa çempionu oldu. İnşallah, dünya çempionatında qızıl medal qazanaram”.

Səbuhi Əmiraslanov, Avropa üçüncüsü: “İlk dəfə U-23 Avropa çempionatında medal qazandım. İlk görüşdə Polşa güləşçisinə 10:0 hesabıyla qalib gəldim. Daha sonra Yunanıstan idmançısına məğlub oldum. Növbəti dəfə çalışacağam ki, ona qalib gəlim. Bürünc medal uğrunda görüşdə isə erməni güləşçini məğlub etdim. Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm. Növbəti yarışlarda komandamıza uğurlar arzulayıram”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X