Bu gün Parisdə keçirilən Yay Olimpiya Oyunlarında daha iki idmançımız mübarizəyə başlayacaq.
Fanat.Az-ın məlumatına görə, yunan-Roma güləşi üzrə yarışlarda Sabah Şəriəti və Murad Məmmədov ilk görüşlərinə çıxacaqlar.
Şəriəti 130 kq çəki dərəcəsində estoniyalı Heyki Nabi ilə üz-üzə gələcək.
Məmmədov isə 60 kq çəki dərəcəsində Venesueladan olan Rayber Joze Rodriges Orosko ilə güləşəcək.
Hər iki güləşçi yarışa 1/8 final mərhələsindən qoşulacaq.