Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanovun Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti rəqibi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, bu, 77 kq çəki dərəcəsində təsəlliverici qarşılaşmalardan sonra müəyyənləşib.
Sənan bu axşam bürünc mükafat uğrunda Qırğızıstandan olan Akjol Mahmudovla qarşılaşacaq.