15:42 04.07.2026 77

Qazax rayonunun Daş Salahlı kəndində yeni güləş zalı istifadəyə verildi

Azərbaycan Güləş Federasiyasının (AGF) regionlarda güləşin inkişafı və idman infrastrukturunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində Qazax rayonunun Daş Salahlı kəndində sərbəst güləş zalı açılıb.

Fanat.Az xıbər verir ki, infirmasiyanı spzügedən federasiyanın mətbuat xidməti yayıb.

Daş Salahlı 1 nömrəli tam orta məktəbin 2006-cı il məzunlarının maddi dəstəyi ilə inşa edilən və Azərbaycan Güləş Federasiyası tərəfindən güləş xalçası və digər zəruri idman avadanlıqları ilə təchiz edilmiş bu idman ocağında 120-yə yaxın yeniyetmə güləşin sirlərinə yiyələnir.

İyulun 3-də güləş zalının açılış mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, AGF-nin baş katibi Pərvin Piriyev, AGF-nin Etika və İntizam Komitəsinin üzvü Firdovsi Umudov, U17 milli komandanın böyük məşqçisi Hacı Əliyev, Qərb bölgəsinin idman ictimaiyyətinin nümayəndələri, məşqçilər, veteran güləşçilər və kənd sakinləri iştirak ediblər.

Güləş zalında yaradılmış şəraitlə tanış olan qonaqlar yeniyetmə güləşçilərlə söhbət edib, onlara öz tövsiyələrini çatdırıblar. Bildirilib ki, yeni idman obyekti regionda güləşin inkişafına, uşaq və yeniyetmələrin sağlam həyat tərzinə cəlb olunmasına, gələcək çempionların yetişməsinə mühüm töhfə verəcək. Dövlətin idmana göstərdiyi diqqət və qayğı, eləcə də Azərbaycan Güləş Federasiyasının bölgələrdə idman infrastrukturunun inkişafına yönəlmiş fəaliyyəti xüsusi vurğulanıb.

Qeyd olunub ki, Qazaxın 2026-cı il üçün Azərbaycanın İdman Paytaxtı elan edilməsi rayonda idmanın inkişafına yeni təkan verib. Daş Salahlıda istifadəyə verilən yeni güləş zalı da bu əlamətdar il çərçivəsində idman infrastrukturunun genişləndirilməsinə, gənc nəslin sağlam həyata təşviqinə və idmana cəlbinə xidmət edən mühüm layihələrdən biridir.

Tədbirdə İslam Həmrəyliyi Oyunlarının mükafatçısı, Daş Salahlı güləş zalında məşqçi-müəllim kimi fəaliyyət göstərən Əsgər Məmmədəliyevin rəhbərliyi ilə nümunəvi məşq keçirilib. Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Hacı Əliyevin iştirakı ilə imza mərasimi də təşkil olunub.

Qeyd edək ki, bu idman ocağının fəaliyyətə başlaması Daş Salahlı və ətraf yaşayış məntəqələrində güləşlə məşğul olanlar üçün daha əlverişli məşq şəraiti yaradacaq, regionda bu idman növünün inkişafına əlavə stimul verəcək.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2026
18:14

Amad Diallo "Mançester Yunayted"də qalır

17:43

DÇ-2026-da 1/8 final həyəcanı Kanada - Mərakeş matçı ilə başlayır

17:20

"İmişli"dən ayrıldı, "Səbail"ə keçdi

17:18

"Ölkəmizi layiqincə təmsil etdik" - Bubişta

16:46

"Səni lazım olan qədər yaxşı saymırlarsa..." - Palmer Tuxelin qərarı ilə razı deyil

16:19

"Daha yaxşı oynayan komanda qələbə qazandı"

15:42

Qazax rayonunun Daş Salahlı kəndində yeni güləş zalı istifadəyə verildi

15:07

Messi rekordlardan doymur

14:48

"Bi gün Kabo Verde çox güclü komanda olduğunu isbatladı" - Lionel Skaloni

14:15

DÇ-lər tarixində belə antirekordçu olmamışdı

13:50

"Xankəndi" Hacıyevi postunda saxladı

13:39

"Meydanda çox problemlə üzləşmədiyimiz faktdır" - Kolumbiya millisinin baş məşqçisi

13:34

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:14

Hüseynəli "İmişli"ni "Zirə"yə dəyişdi - RƏSMİ

12:44

Kolumbiya tarixinin ən yaxşı nəticəsinə imza atdı

12:09

Qol vurmasa da, oyunun ən yaxşısı oldu

11:33

Argentina - Kabo Verde görüşündə Messi fərqləndirildi

11:13

"Sabahın Ulduzları" Bakı Kuboku ilə bağlı məlumatlandırma sessiyası keçirilib

11:07

DÇ-2026-da bütün 1/8 final cütləri müəyyənləşdi

10:40

Toni Popoviç: "Belə məğlubiyyəti qəbul etmək çox çətindir"

10:18

DÇ-2026: Kolumbiya Qananı tək qolla yendi

09:49

Hasan Misirin tarixi qələbəsini dəyərləndirdi

09:00

Avstraliya - Misir matçının ən yaxşı oyunçusu bəllidir

04:46

DÇ-2026: Messi hesabı açdı, bol qollu dueli Argentina qazandı

03:28

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

00:52

DÇ-2026: Misir yığması adını 1/8 finala yazdırdı

03 İyul 2026
23:58

İngiltərənin pley-off taleyi təhlükədə

23:21

"Qalatasaray"ın rəqibləri müəyyənləşdi

22:57

"Neftçi" qrup birincisi kimi Marsel mərhələsinin 1/4 finalına vəsiqə qazandı

22:22

Fransa millisi heyətini açıqladı: Əfsanəvi cüdoçu Teddi Riner Bakıya gəlir

21:43

"Qarabağ"ın transfer etmək istədiyi ulduz futbolçudan gözlənilməz addım

21:12

"Məni aldadırlar" dedi, bu gecə Messini dayandırmağa çıxır

20:50

"Fənərbağça" "Mançester Siti"nin ulduzu ilə gücləndi

20:15

"Qarabağ"ın yeni transferi Bakıya necə gətirildi?

19:44

Stolüstü tennis üzrə respublika birinciliyinin qalibləri müəyyənləşib

19:25

DÇ-2026: Argentina Kabo Verdeni sınağa çəkir

18:44

"Bayern Münhen" milli üzvünü rənglərinə bağladı - RƏSMİ

18:09

Mundiallar tarixində Manzambi kimisi olmamışdı

17:49

"Qarabağ"ın yetirməsi bölgə təmsilçisini tərk edib Bakı klubuna keçdi

17:30

Cavadov bu kluba baş məşqçi təyin olundu

Facebookdan bizi izləməyi unutmayın.
X