İnquşetiyanın Nazran şəhərində anti-terror əməliyyatı zamanı öldürülənlərdən birinin kimliyi bəlli olub.
Fanat.Az xəbər verir ki, bu, 25 yaşlı Müslim Yevloyevdir.
Yevloyev 2015-ci ildən Qırğızıstanın güləş üzrə yığma komandasının üzvü idi.
O, indiyədək, Bakıda keçirilən İslam Həmrəylik Oyunlarının, "Yaşar Doğu” kubokunun qalibi olub. Yevloyev həm də güləş üzrə Asiya çempionudur.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol