11:50 20.09.2020 875

Millimizin baş məşqçisi: \"Lazım olan şərait yaradılıb\"

Sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız hazırlıq prosesini davam etdirir.

Fanat.Az xəbər verir ki, ötən gün milli komandalarımızın açıq məşqi baş tutub. Azərbaycan Güləş Federasiyasının stadionunda keçirilən hazırlıq prosesi bir saat davam edib. Dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan dünya çempionatına, eləcə də gələn il keçiriləcək Olimpiadaya lisenziya xarakteri daşıyan turnirlərə hazırlaşan millilərimiz karantin dövründə də məşqlərə ara verməyib. Belə ki, güləşçilərimiz pandemiya ilə əlaqədar ölkədə sərt karantin tətbiq olunduğu müddətdə məşqçilərin verdiyi proqrama əsasən, ev şəraitində məşqlər edib. Karantin qaydaları yumşaldıqdan sonra kollektiv məşqlər bərpa edilib. Hazırda yığmalarımız açıq havada hazırlıq prosesini plana uyğun olaraq davam etdirir. Azərbaycan Güləş Federasiyası idmançılarımızın yüksək hazırlıq səviyyəsində olması üçün milli komandalara lazım olan şərait yaradıb, maddi-texniki təminat həyata keçirilib.

Açıq məşqi işıqlandıran mətbuat nümayəndələri brifinqdə məşqçilər və güləşçilərə suallarını ünvanlayıb. Millimizin baş məşqçisi Aleksandr Tarakanov və məşqçi Arif Abdullayev də fikirlərini bölüşənlər arasında olub.  

Aleksandr Tarakanov, yunan-Roma güləşi üzrə millimizin baş məşqçisi: "Pandemiya ilə bağlı məşqlərimizi açıq havada davam etdiririk. Təbii ki, xalça üzərində edilən bəzi təmrinləri stadionda icra etmirik. Qalan bütün məşq detalları eyni qaydada keçirilir. Onu da qeyd edim ki, dəniz kənarında da məşqlərimiz olur. Azərbaycan dövlətinə və federasiyasımızın rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, bizə məşq etmək üçün imkan verilib və lazım olan şərait yaradılıb. Bu da güləşçilərin xeyrinədir. Qapalı məkanlarda məşqlərə icazə verildikdən sonra təlim-məşq toplanışlarımız əvvəlki qaydada davam edəcək”.

Arif Abdullayev, sərbəst güləş üzrə yığmamızın məşqçisi: "Sərt karantinin tətbiq olunduğu aprel-may aylarında güləşçilərimiz ev şəraitində məşqlərini davam etdirdi. Biz onlarla daim əlaqə saxlayırdıq ki, formadan düşməsinlər. İdmançılarımızın fiziki və taktiki-texniki hazırlığını ən yüksək səviyyəyə çatdırmağa çalışırıq ki, dekabrda keçirilməsi gözlənilən dünya çempionatına tam hazır olaq. Martda lisenziya turnirinə yollanmağa hazırlaşarkən yarışlar təxirə salındı. Ancaq federasiya rəhbərliyi və məşqçilər korpusu güləşçilərə həmişə olduğu kimi, dəstək verərək ruhdan düşməyə qoymadı”.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

Facebookdan bizi izləməyi unutmayın.
X