21:29 17.01.2021 1102

Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı

Bu gün Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan "Qran-pri"sinə yekun vurulub. Yarışın son günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutub.

Azərbaycan Güləş Federasiyasından Fanat.Az-a verilən məlumata görə, 60 kq-da A qrupunda yer alan Murad Məmmədov ilk görüşdə ispaniyalı idmançını elə ilk hissədə tam üstünlüklə məyus edib. Portuqaliyalı rəqibini də cəmi 2 dəqiqəyə üstələyən Məmmədov qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. B qrupundakı təmsilçimiz Murad Bazarov isə debütdə İspaniyanın bayrağı altında çıxış edən erməni güləşçiyə gücünü göstərib. Növbəti görüşdə türkiyəli güləşçiyə məğlub olaraq qrup ikincisi kimi yarımfinala adlayıb. Finalın bir addımlığında yığma üzvləri üz-üzə gəlib və Məmmədov sevinən tərəf olub.

Bazarov ispan güləşçini devirərək bürünc medala sahib olubsa, türk həmkarına uduzan Məmmədov gümüş medalla kifayətlənib.

Mübarizəyə 1/4 finaldan qoşulan Namaz Rüstəmov yerli güləşçiyə minimal fərqlə uduzub. 67 kq-dakı digər təmsilçimiz İslambek Dadov Fransanı təmsil edən türk güləşçini vaxtından əvvəl məğlub edərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında Fransa güləşçisinə minimal fərqlə uduzub. Rüstəmov ilk təsəlliverici görüşdə Avstriya təmsilçisini xalçaya çıxmağa peşman edib.

Növbəti qarşılaşmada isə ispan həmkarına heç bir şans tanımayıb. Bürünc medal uğrunda qarşılaşan milli üzvlərinin duelindən isə Dadov qalib ayrılıb.

Sənan Süleymanov ilk mərhələdə gürcü rəqibi üzərində inamlı qələbə qazanıb. Fransanı təmsil edən erməni güləşçiyə də gücünü göstərən pəhləvanımız yarımfinala yüksəlib. Türkiyə güləşçisiylə görüşdə xalların keyfiyyətinə görə qarşı tərəf qalib elan olunub. Sənan gürcü rəqibinə növbəti dəfə qalib gələrək bürünc medalla təsəlli tapıb.

Rafiq Hüseynov qrupdakı ilk qarşılaşmasında avstriyalı güləşçini çətinlik çəkmədən məğlub edib. Türkiyəli pəhləvandan da güclü olan təcrübəli idmançımız B qrupunun qalibi kimi yarımfinala vəsiqə qazanıb. Türkiyənin daha bir təmsilçisini sıradan çıxaran 2 qat Avropa çempionumuz adını finala yazdırıb. Son qarşılaşmada Türkiyənin daha bir nümayəndəsi ilə qarşılaşan Rafiq sonuncu xal prinsipinə əsasən gümüş medalçı olub.
İslam Abbasov ilk görüşdə gürcü həmkarına qalib gəlib. Hollandiya güləşçisi də həmyerlimizin qarşısında duruş gətirə bilməyib. Yarımfinalda ABŞ güləşçisini məyus edən Abbasov finala yüksəlib. Türkiyə güləşçisiylə baş tutan son qarşılaşmadan da üzüağ çıxan İslam fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Murad Lokyayev A qrupunda keçirdiyi ilk görüşdə Fransa idmançısına vaxtından əvvəl qalib gəlib. Lokyayev Polşa güləşçisinə də eyni aqibəti yaşadıb. Avstriya idmançısının da öhdəsindən gələn Murad yarımfinala qrup lideri kimi yüksəlib. Yığma üzvü Avstriya güləşçisini də məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə gürcü rəqibiylə bacarmayan millimizin üzvü gümüş medalı boynundan asıb.

Sabah Şəriəti ilk görüşdə çilili güləşçiyə məğlub olub. Rio Olimpiadasının bürünc medalçısı gürcü rəqibini minimal fərqlə üstələyərək gümüş medala sahib çıxıb.

Beləliklə, yarışda iştirak edən 9 yunan-Roma güləşçimizdən 8-i fəxri kürsüyə qalxıb. Millimiz "Qran-pri"də 1 qızıl, 4 gümüş və 3 bürünc medal əldə edib. Komandamız bu nəticəylə 160 xalla ikinci yeri tutub.

60 kq
A qrupu
1-ci görüş: Murad Məmmədov - Endi Xuan (İspaniya) 9:0
2-ci görüş: Murad Məmmədov - Antonio Kabral (Portuqaliya) 9:0
B qrupu
1-ci görüş: Murad Bazarov - Albert Baqumyan (İspaniya) 3:1
2-ci görüş: Murad Bazarov - Kərəm Kamal (Türkiyə) 0:8
1/2 final: Murad Məmmədov - Murad Bazarov 3:1
Bürünc medal görüşü: Murad Bazarov - Endi Xuan (İspaniya) 9:0
Final: Murad Məmmədov - Kərəm Kamal (Türkiyə) 0:4

67 kq
1/4 final: Rüstəm Namazov - Stefan Klement (Fransa) 6:7
1/4 final: İslambek Dadov - Yasin Özay (Fransa) 8:0
1/2 final: İslambek Dadov - Mamadassa Silla (Fransa) 2:3
Təsəlliverici görüş: Rüstəm Namazov - Aker Əl-Obaidi (Avstriya) 10:0
Təsəlliverici görüş: Rüstəm Namazov - Markus Sançes (İspaniya) 9:0
Bürünc medal görüşü: İslambek Dadov - Rüstəm Namazov 4:3

77 kq
1/8 final: Sənan Süleymanov - Beka Mamukaşvili (Gürcüstan) 9:2
1/4 final: Sənan Süleymanov - Evrik Nikoqosyan (Fransa) 5:0
1/2 final: Sənan Süleymanov - Fatih Cengiz (Türkiyə) 3:3*
Bürünc medal görüşü: Sənan Süleymanov - Beka Mamukaşvili (Gürcüstan) 6:0

82 kq
1-ci görüş: Rafiq Hüseynov - Mixael Vaqner (Avstriya) 7:0
2-ci görüş: Rafiq Hüseynov - Salih Aydın (Türkiyə) 3:1
1/2 final: Rafiq Hüseynov - Burhan Akbudak (Türkiyə) 7:2
Final: Rafiq Hüseynov - Əmrah Kuş (Türkiyə) 1:1*

87 kq
1/8 final: İslam Abbasov - Qurami Xetsuriani (Gürcüstan) 3:1
1/4 final: İslam Abbasov - Tirone Sterkenburq (Hollandiya) 5:0
1/2 final: İslam Abbasov - Con Stefanoviç (ABŞ) 6:0
Final: İslam Abbasov - Metehan Başar (Türkiyə) 8:4

97 kq
1-ci görüş: Murad Lokyayev - Loik Samen (Fransa) 9:1
2-ci görüş: Murad Lokyayev - Pyotr Xudçik (Polşa) 8:0
3-cü görüş: Murad Lokyayev - Markus Raqqiner (Avstriya) 4:2
1/2 final: Murad Lokyayev - Daniel Qastl (Avstriya) 5:0
Final: Murad Lokyayev - Giorgi Melia (Gürcüstan) 0:5

130 kq
1-ci görüş: Sabah Şəriəti - Yasmani Akosta (Çili) 1:2
2-ci görüş: Sabah Şəriəti - Sulxani Buidze (Gürcüstan) 3:2

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2026
03:14

İspaniya La Liqasının ikinci bombardiri İstanbul nəhənginə keçir - MƏBLƏĞ

02:41

"Real Madrid"in ulduzu "Fənərbağça"da?

02:28

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

02:21

Joze Mourinyu "Real Madrid"də - RƏSMİ

01:49

"Qalatasaray"ın 15 milyon avro maaş ödəyəcəyi ulduz kimdir?

01:18

"Maltaya məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik" - Ayxan Abbasov

00:48

"Real Madrid" onu almaq üçün 500 milyon ödəməlidir?

00:09

"Sabah" heyətini gücləndirdi - RƏSMİ

09 İyun 2026
23:54

Azərbaycan millisi San Marinonu məğlub etdi

23:05

Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verdi

22:51

"Qarabağ"ın gənc istedadı milliyə qələbə qazandırdı

22:30

Mourinyu onu "Real"a gətirir

22:08

Azərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub olub

21:43

Premyer Liqa nəhəngləri arasında 70 milyonluq savaş

21:18

"Qarabağ" yenidən "Ferentsvaroş"la qarşılaşacaq

20:39

"Yuventus" Kenan Yıldızla bağlı qərarını verdi

20:19

Şəhriyar Əliyev "Turan Tovuz"dan ayrıldı

19:47

"Mançester Yunayted"dən qapıçı həmləsi

19:13

Azərbaycanın güləş hakimləri dünya çempionatında

18:34

Azərbaycanın U-17 yığması Qazaxıstana məğlub oldu

18:16

Aişə Muradova Azərbaycan birinciliyində uğurlu çıxışı ilə yadda qalıb

17:46

Türkiyənin Super Liqa təmsilçisi baş məşqçisi ilə yolları ayırdı

17:31

"Şəfa" 3 oyunçusu ilə müqavilə yeniləmədi - RƏSMİ

17:11

Azərbaycanı Dünya Millətlər Kubokunda bu boksçular təmsil edəcək

16:54

Millidə huşunu itirən Eriksenin son vəziyyəti nə yerdədir?

16:36

Arteta "Arsenal" rəhbərliyindən "Real Madrid"in ulduzunun heyətə qatılmasını xahiş etdi

16:17

İspaniya millisinin hücumçusu sıradan çıxdı

15:58

"Şamaxı" yeni hücumçu ilə gücləndi

15:39

"Karvan-Yevlax"da parlayan Rüstəmli yeni mövsümə ÇL-də oynayan klubda başlayacaq

15:21

Argentinalı dünya çempionu İngiltərə nəhənginə satılır - SON DURUM

15:03

Elvin Camalovun yeni klubu bilindi

14:45

Azərbaycan millisinin hücumçusu Madridə yollandı

14:26

İspaniya mundiala inamlı qələbə ilə başlayır - VİDEO

14:08

"Fransa yarımfinala çıxsa..." - Mbappe "xoruzlar"ın hədəfini bəyan etdi

13:49

"Neftçi"ni daha bir futbolçunun tərk edəcəyi dəqiqləşdi

13:31

Mourinyunun təqdimat mərasiminin vaxtı bilindi

13:10

Mbappe yenə susdu, Fransa ABŞ-yə inamlı qələbə ilə yollandı - VİDEO

12:51

Bəhlul Mustafazadə Çindən elə şəkillər paylaşdı ki...

12:29

Niderland Özbəkistanı məğlub etdi, amma qapıçısını itirdi

12:04

"Arsenal" Zəfər İqballa yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X