"Dünən finala yüksələ bilmədiyim üçün məyus idim. İndi isə qazandığım medalın fərqindəyəm".
Fanat.Az xəbər verir ki, bunu Tokio 2020 Yay Olimpiya Oyunlarının güləş üzrə bürünc mükafatçısı Mariya Stadnik deyib.
33 yaşlı idmançı nəticəsindən razı olduğunu ifadə edib: "Nə qədər idmançı mənim yerimdə olmaq istəyər. Allaha şükür edirəm ki, mənə bu medalları və belə idmançı karyerası nəsib etdi. Bu gün çox xoşbəxtəm. Üçüncü yeri tutsam da, elə hiss var ki, sanki çempion olmuşam”.
Sahib Əsədbəyli