Ölkəmizi Tokio 2020-də təmsil edən güləşçilərimiz sabah Bakıya qayıdacaq.
Fanat.Az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 11:00-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Olimpiadadan dönəcək pəhləvanlarımızın qarşılanma mərasimi keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Tokio 2020-yə 7 güləşçi ilə qatılmışdı. Hacı Əliyev Yay Olimpiya Oyunlarının (65 kiloqram) gümüş medalını qazanıbsa, Rafiq Hüseynovla (77), Maria Stadnik (50) "bürünc" alıb.
Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol