Yunan-Roma güləşi üzrə millimizin qarşıdakı dünya çempionatı üçün sifariş etdiyi heyətdə dəyişiklik olunub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Dünya Güləş Birliyinin rəsmi saytında 67 kiloqram çəki dərəcəsi üzrə yarışacaq güləşçilər arasında İslambek Dadovun adı qeyd qeyd olunsa da, sonradan ölkəmizi mundialda Həsrət Cəfərovun təmsil etməsi qərara alınıb.
Həsrət Cəfərov bu il gənclər arasında Avropa və dünya çempionatlarının, həmçinin Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının qalibi olub.
Qeyd edək ki, böyüklər arasında dünya çempionatı oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda keçiriləcək. Azərbaycan yunan-Roma güləşi millisi yarışda tam heyətlə təmsil olunacaq.
Sahib Əsədbəyli