Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanı təmsilçisi Osman Nurməhəmmədov bürünc medal uğrunda mübarizə aparıb.
Belarusu təmsil edən Omarhacı Məhəmmədovu 2:0 hesabıyla yenən dağıstanlı legioner Azərbaycana ikinci "bürünc"ü qazandırıb.
Dünən Nurməhəmmədov dünya çempionatına inamlı start vermişdi. Millimizin üzvü cəmi 45 saniyə ərzində Hindistan təmsilçisinə tam üstünlüklə qalib gəlmiş, ardından Avropa ikincisi olmuş Polşa güləşçisini də məyus edərək yarımfinala yüksəlmişdi. Finalın bir addımlığında Rusiya idmançısına uduzan Osman oktyabrın 4-də bürünc medal uğrunda güləşməli olmuşdu.
92 kq
1/8 final: Osman Nurməhəmmədov - Prutviraj Patil (Hindistan) 10:0
1/4 final: Osman Nurməhəmmədov - Mateuş Baranovski (Polşa) 7:3
1/2 final: Osman Nurməhəmmədov - Məhəmməd Qurbanov (Rusiya) 4:7
Bürünc medal görüşü: Osman Nurməhəmmədov - Omarhacı Məhəmmədov (Belarus) 2:0
Qeyd edək ki, sərbəst güləş yığmamızın ilk medalını da legioner idmançı - Abubakr Abakarov (86 kq) almışdı.
Nihat