10:48 11.10.2021 681

Rafiq Hüseynov daha bir dünya çempionatına qatılacaq - Açıqlama

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Rafiq Hüseynov Azərbaycan Güləş Federasiyasının rəsmi saytına danışıb.

Fanat.Az xəbər verir ki, 82 kq-da bütün rəqiblərinə qalib gələn 33 yaşlı pəhləvanımız "qızıl" uğrunda həlledici görüşdən öncə iki il əvvəlki final qarşılaşmasını xatırladığını deyib:

 "Bu, böyüklər arasında iştirak etdiyim 10-cu dünya çempionatı idi. Nəhayət ki, istədiyimi əldə etdim. Dünya çempionu oldum. İlk dəfə 2009-cu ildə mundialda iştirak etmişdim. Həmin yarışda 5-ci yeri tutmuşdum. 2019-da qızıl medalın bir addımlığında qaldım. Təəssüf ki, finalda uduzdum. Bu dəfə həlledici görüşdən əvvəl Nur-Sultandakı finaldan sonra necə məyus olduğumu yadıma saldım. Özümə dedim ki, eyni hissi yaşamaq istəmirsənsə, bu dəfə çempion olmalısan. Çox sevinirəm. Görüşdən sonra 44 işarəsi göstərdim. Bununla da qələbəmi 44 günlük Vətən müharibəsinin şəhidlərinə həsr etdiyimi bildirdim. Onların sayəsində mən bu gün rahat məşq edib, dünya çempionu oldum. Onların ruhu qarşısında baş əyirəm".

Tokio 2020-nin bürünc mükafatçısı noyabrda İranın paytaxtı Tehranda keçiriləcək hərbçilər arasında dünya çempionatına da qatılacağını bildirib: "Bərpa olunmaq lazımdır. Çünki Olimpiya Oyunlarından sonra çox yorulmuşdum. Gücümü zorla toplayıb dünya çempionatına çatdırdım ki, bu yarışda çıxış etdikdən sonra dincəlim. Noyabrda hərbçilərin dünya çempionatı keçiriləcək. Bir zabit kimi həmin mundialda da ordumuzun şərəfini qorumalıyam".

İdmançı çempion olduqdan sonra telekameralar vasitəsilə həm də şəxsi məşqçisi olan atası Radik Hüseynova xitabən dediyi sözlərə də toxunub:  "Atam neçə illərdi məni dünya çempionu kimi görmək istəyirdi. Ona görə də finaldan sonra üzümü kameraya tutub, “ata, oğlun dünya çempionudur” dedim. Parterdə səhv buraxdım. Gözləyirdim ki, atam buna görə irad bildirəcək. Ancaq gözlədiyim kimi olmadı. Atamın hələ belə sevindiyini görməmişdim. Heç Olimpiadada medal qazananda belə sevinməmişdi”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X