17:34 12.10.2021 1292

\"Klassiklər\"in məşqçisi: \"...adam şoka düşür\"

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsən Əliyev Fanat.Az-a müsahibə verib.

Keçmiş dünya və Avropa çempionu yığmamızın Oslodakı mundialda çıxışından danışıb.

- Millinin dünya çempionatındakı çıxışını necə dəyərləndirirsiniz?
- Ümumi götürəndə, nəticədən razıyam. Dörd medal bir tarixdir. Hamımız sevincliyik. Komandamızın "3-lük"də olmasında hamının payı var. 

- Konkret olaraq hansı güləşçilərin çıxışından razı, hansılardan narazı qaldınız? Məsələn, Eldəniz Əzizli artıq uzun müddətdir yarımfinal sindromu yaşayır. Bunu nə ilə əlaqələndirmək olar? 
- Yuxarı çəkilərdəki idmançıları çıxmaq şərtiylə, heç kimdən böyük ölçüdə narazı deyiləm. Ən azından çalışdılar, vuruşdular. Komanda üzvlərinin əksəriyyətində ruh yüksəkliyi var idi. Bu, bizim üçün çox vacibdir. Yarışın nəticələri göstərdi ki, milli artıq özünə gəlir. 

Təbii ki, əsasən finalçılarımızın çıxışı hamını razı saldı. Gümüş medalçımız Sənan Süleymanov çox yaxşı güləşdi. Halbuki  zədəsi ona tam istədiyi kimi hazırlaşmağa imkan verməmişdi. Rafiqə gəlincə, Olimpiadadan çox qısa vaxt sonra dünya çempionatına qatılıb qalib olmaq... Bu, əsl xarakter nümunəsidir. 

Eldəniz Əzizli məşqdə göstərdiyini yarış meydanında ortaya qoya bilmir. Bu adam məşqdə özündən ağır çəkidəkilərlə, hətta 77 kiloqramdakı Sənan Süleymanovla güləşir. Heç bir göstəricidə 55 kilodakı idmançılara tay deyil. Rəqiblərinin hamısından aşkar üstündür. Gəlib elə idmançılara uduzur ki, adam şoka düşür.

- Bəlkə, psixoloji amillər rol oynayır?
- Desəm ki, rəqibdən çəkinir, doğru olmaz. Anlamaq olmur ki, problemi nəylə bağlıdır. 

- Murad Məmmədov çoxdandır nəticə verə bilmirdi. Sanki idmançının özünəinamı yox idi. Düşünmək olarmı ki, Oslodakı "bürünc" onun üçün "ikinci nəfəs" rolunu oynayacaq?
- Sözün düzü, Muradın medalı bir "bəxşiş" idi. Onun hazırlıq səviyyəsi heç cür medal ümidi yaratmırdı. Əslində, Muradın potensialı çox yüksəkdir. Sadəcə, inamsızlıq, çəkingənlik onu həmişə geri salıb. Razıyam ki, bu medal ona böyük stimul olacaq. 

- Həsrət Cəfərovun çıxışı haqqında nə demək olar? Debütdə beşinci yeri uğur sayırsınız?
- Şəxsi fikrimdir ki, idmançının yaşından asılı olmayaraq beşinci yer uğur kimi qiymətləndirilə bilməz. Dünya, Olimpiya çempionu olmaq istəyən adam beşinci yeri nəticə saymamalıdır.

Həsrətin iranlı Olimpiya çempionu ilə görüşündə hakimlər haqsızca parterdə üstünlüyü rəqibə verdi. Hamı gördü ki, idmançımız o ana qədər passiv güləşmirdi. Parterdə üstünlük Həsrətdə olsaydı, mən əminəm ki, nəticə fərqli olardı. İranlı parterə oturanda rahatlıqla xal verir.  Həsrət təsəlliverici görüşdə iranlının güc-bəla ilə udduğu yapon güləşçini çox asanlıqla məğlub edib fikirlərimi təsdiq elədi.

- İslam Abbasovun əvvəlki səviyyədə güləşməsi üçün nə çatmır?
- İslamın bir neçə il öncəki hazırlığı indi yoxdur. Bu da məşqçilərin yox, özünün problemidir. Bu barədə onunla dəfələrlə söhbətlərimiz olub. Özünə demişəm ki, sən əvvəlki səviyyədə məşq etmirsən.

Açığı, Olimpiadadan sonra çiynində yaranan zədə də ona istədiyi kimi hazırlaşmağa imkan vermədi. 

- Yuxarı çəki dərəcələrindəki legioner idmançıların uğursuzluğu davam edir. Bu halda millidə onlara nə ehtiyac var? 
- Yuxarı çəkidəki uğursuzluğun əsas səbəbi həmin çəkilərdə sparrinq rəqiblərin olmamasıdır. Dünya və Avropa çempionatında güləşdikləri rəqiblərin səviyyəsini ilboyu məşqdə görmürlər. Yerli güləşçilər arasında beynəlxalq yarış səviyyəsində olanlar yox dərəcəsindədir.

130 kiloqramda perspektiv vəd edən yalnız Sərxan Məmmədov var. Ancaq hələ böyüklərin yarışına hazır deyil.

İlin sonunda respublika çempionatı keçiriləcək. Ondan sonra komandaya yeni idmançılar cəlb olunacaq. Yuxarı çəkilərdə də özünü göstərən kimsə olsa, biz buna ancaq sevinə bilərik.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

01:20

“Arsenal” “Çelsi”ni darmadağın etdi

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

Facebookdan bizi izləməyi unutmayın.
X