Dünya Güləş Birliyi (UWW) 2 illik fasilədən sonra güləşçilərə verilən pul mükafatını bərpa edib.
Fanat.Az xəbər verir ki, mükafatı dünya reytinqində ilk "üçlük"də qərarlaşan pəhləvanlar alacaq.
Reytinqdə ən yüksək yeri tutan idmançı 10 min ABŞ dolları, ikinci yerin sahibi 7 min dollar, üçüncü isə 3 min dollar qazanacaq.
Mükafatçılar sırasında Azərbaycan millisinin üzvü Osman Nurməhəmmədov da var. 92 kq çəki dərəcəsində dünya reytinqində 3-cü olan 23 yaşlı idmançıya 3 min ABŞ dolları mükafat veriləcək.
Qeyd edək ki, Nurməhəmmədov ötən ay Serbiyanın paytaxtı Belqradda keçirilmiş U-23 dünya çempionatında qızıl medal qazanıb. O, daha əvvəl böyüklərin dünya və Avropa çempionatının bürünc mükafatçısı olub.