15:45 20.02.2022 627

Daha iki güləşçimiz Bolqarıstanda qızıl medal qazandı

Bolqarıstanın Veliko Tırnova şəhərində güləş üzrə Dan Kolov – Nikola Petrov beynəlxalq turniri sona çatıb.

Fanat.Az xəbər verir ki, ənənəvi yarışın 5-ci günündə son beş sərbəst güləşçimiz mübarizəyə qoşulub.

Orxan Abasov (86 kq) 1/8 finalda gürcü Sandro Aminaşviliylə qarşılaşıb. Son saniyələrdə hakimlərin mübahisəli qərarları nəticəsində rəqib 9:7 hesablı qələbəyə sevinib. Sandro finala yüksəldiyi üçün Orxan təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Abasov yarışın son günündə bolqar Evelin Rusevə (11:0) və hindistanlı Sandep Sandepə (7:6) qalib gələrək bürünc medala iddiasını ortaya qoyub. Həlledici görüşdə moldovalı Denis Balauru (9:3) üstələyən Orxan bürünc medalı boynundan asıb.

Abubakr Abakarov (86 kq) təsnifat mərhələsində gürcü Qoqa Mamiauriyə qalib gəlib - 7:1. Yığmamızın üzvü 1/8 finalda əlcəzairli Fateh Benfercellahı vaxtından əvvəl xalçadan məyus yola salıb - 10:0. Gürcüstanın digər təmsilçisi Zaur Beradzeylə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib (4:3) ayrılan Abakarov yarımfinala yüksəlib. Abubakr hindistanlı Sanjet Sanjeti də məğlub (8:4) edərək finala vəsiqə qazanıb. Təmsilçimiz həlledici qarşılaşmada Aminaşviliylə qarşılaşıb və 7:0 hesabıyla qalib gələrək turnirin baş mükafatına yiyələnib.

Mübarizəyə 1/4 finaldan qoşulan İslam İlyasov (97 kq) belaruslu Aleksandr Xuştinə uduzub – 1:4.

Onunla eyni çəkidə çıxış edən Məhəmmədxan Məhəmmədov ilk mərhələdə gürcü İuza Tsertsvadzeyə heç bir şans tanımayıb - 11:2. Məhəmmədxan daha sonra belaruslu Vasili Pavluçenkaya tam üstünlüklə qalib gəlib - 15:4. Məhəmmədov yarımfinalda Xuştini “tuşe” ilə məğlubiyyətə uğradaraq adını finala yazdırıb. Məhəmmədxan həlledici görüşdə iranlı Meysam Abdiylə qarşılaşıb və rəqibini "tuşe"ylə məğlub edərək turnirin baş mükafatına yiyələnib.

Rahid Həmidli (125 kq) startda bolqar İslam Adizovdan güclü olub - 6:3. Həmyerlimiz 1/4 finalda Bolqarıstanın digər təmsilçisi Georgi İvanovu vaxtından əvvəl məğlub edib - 13:0. Rahid yarımfinalda finlandiyalı Yere Heyno ilə qarşılaşıb və rəqibinə 0:5 hesabıyla uduzaraq ümidini bürünc medala bağlayıb. Fevralın 20-də gürcü Solomon Manaşvili zədələndiyi üçün idmançımızla güləşməyib və Həmidli bürünc medala sahib çıxıb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2026
19:51

Xabi Alonso "Çelsi"də toxunulmaz futbolçuların siyahısını müəyyənləşdirib

19:25

Xorxe Mendes üç müştərisini "Real Madrid"ə təklif etdi

18:41

Tələbə Basketbol Liqasının mükafatçıları bəlli oldu

18:12

"Fiziki gücü artıq 20 il əvvəlki qədər deyil, lakin..."

17:44

"Şəfa" daha üç futbolçu ilə yollarını ayırdığını açıqlayıb

17:32

Azərbaycanın şito-ryu karate yığması AÇ-də 8 medal qazandı

17:11

"Belçikadan gözləntilər böyükdür, amma..." - Eden Hazar

16:53

Azərbaycan Mərakeşdə keçiriləcək dünya çempionatına 5 yelkənçi ilə qatılacaq

16:21

"Tottenhem"də yeni müqavilə - RƏSMİ

16:03

"Qazaxıstanın qarşısında aciz görünməyimiz ciddi siqnaldır" - Həsənov problemləri sadaladı

15:44

"Barselona" Raşfordla bağlı qərarını qətiləşdirdi - SON DURUM

15:26

İstanbul təmsilçisi Şevalye üçün PSJ-yə təklif göndərməyə hazırlaşır

15:07

Norveç millisi mundiala xüsusi tədarüklə yollanacaq

14:49

"Mançester Yunayted" 6 futbolçusu ilə vidalaşdığını rəsmən açıqladı

14:30

Argentina millisinin qapıçısı İtaliya klubuna keçir - Maaşı açıqlandı

14:12

İspaniya futbolunda qalmaqal - Klub rəhbərliyi La Liqadan düşəcəklərinə pul qoyuluşu edib

13:53

"Messini məğlub edəcəyik" - Əlcəzairli futbolçu meydan oxudu

13:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:21

"Şəfa" növbəti transferini rəsmiləşdirdi

13:04

DÇ-2028: Azərbaycanın yer aldığı səbət bilindi

12:46

"Qəbələ"də növbəti ayrılıq - RƏSMİ

12:27

"Şamaxı"nın rəqiblərindən biri müəyyənləşdi

11:59

Qlasner İtaliya nəhəngini çalışdırmağa yaxındır - SON DURUM

11:40

Balau "Şamaxı"nı "Turan Tovuz"a dəyişdi - RƏSMİ

11:28

Əziz Yıldırımdan Salah açıqlaması: "Fənərbağça"dan nə qədər maaş istədiyi bilindi

10:54

"Qrupda 12 xal qazansaq da..." - Azərbaycan millisinin baş məşqçisi

10:33

Qvardiola "Jirona"nın La Liqadan düşməsinin səbəbini açıqladı

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:51

Messiyə 2 dəqiqə kifayət etdi, Argentina darmadağınla qalib gəldi - VİDEO

09:30

DÇ-2026-da ilk turun oyun cədvəli: Braziliya, Fransa və İngiltərə əsas rəqiblərinə qarşı

09:00

Azər Bağırovun 6 aylıq sıradan çıxan futbolçu ilə bağlı qərarı bilindi

03:14

İspaniya La Liqasının ikinci bombardiri İstanbul nəhənginə keçir - MƏBLƏĞ

02:41

"Real Madrid"in ulduzu "Fənərbağça"da?

02:21

Joze Mourinyu "Real Madrid"də - RƏSMİ

01:49

"Qalatasaray"ın 15 milyon avro maaş ödəyəcəyi ulduz kimdir?

01:18

"Maltaya məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik" - Ayxan Abbasov

00:48

"Real Madrid" onu almaq üçün 500 milyon ödəməlidir?

00:09

"Sabah" heyətini gücləndirdi - RƏSMİ

09 İyun 2026
23:54

Azərbaycan millisi San Marinonu məğlub etdi

23:05

Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verdi

Facebookdan bizi izləməyi unutmayın.
X