18:37 21.02.2022 1791

"Azərbaycanlı məşqçilər maklerlik edirlər"

"Azərbaycanlı güləş məşqçiləri bu gün maklerliklə məşğul olurlar".

Bunu Fanat.Az-a açıqlamasında sərbəst güləşçi Turan Bayramovun şəxsi məşqçisi Abil İbrahimov deyib.

Bolqarıstanın Veliko-Tırnovo şəhərində keçirilən Dan Kolov - Nikola Petrov memorialında yetirməsi ilə komanda yoldaşı Cəbrayıl Hacıyevin final görüşündə baş verən qalmaqal barədə danışan mütəxəssis qarşılaşma zamanı yaşananların idman prinsiplərinə yad olduğunu, dağıstanlı legioner barədə ölçü götürülməli olduğunu bildirib: 

"Bildiyiniz kimi, son ölkə çempionatının finalında Turan Cəbrayıla qalib gəlmişdi. Yığmanın məşqçiləri qərara aldı ki, onları bir də Bolqarıstan turnirində sınasınlar. Avropa çempionatı öncəsi idmançının hansısa turnirdə iştirakı lazımdır, buna bir söz demirəm. Sadəcə, Turan yarış vaxtı özünü yaxşı hiss etmirdi. Dağıstanda təlim-məşq toplanışında olarkən xəstələnmişdi. Finalda yaşananları da hamı gördü. Gördülər ki, Cəbrayıl barmağını onun gözünə soxaraq qələbə qazanıb. Üstəlik, son saniyələrdə açıq-aşkar görüşdən yayınmağa çalışdı. Əməlli-başlı qaçırdı. Halbuki dağıstanlı idmançıya xəbərdarlıq edilməli idi. Çünki əlini rəqibin gözünə soxmağa nəinki güləşdə, heç qaydasız döyüşdə də icazə yoxdur. Millinin baş məşqçisi Namiq Abdullayev mütləq hər iki idmançı ilə söhbət etməlidir. Çünki onlar komanda yoldaşlarıdır. Qaydaları pozub qələbə əldə etməyə nə ad vermək olar? Məşqçi Cəbrayılla ən azı tərbiyəvi söhbət aparmalıdır. Hələ mən cəzalandırmağı demirəm. Güləşdə yazılmayan qanunlar var. Bu, kişi idman növüdür. Digər ölkə təmsilçisi ilə güləşəndə belə, bu yola əl atmaq olmaz. Güləşdə, cüdoda elə bizim idmançılarla bağlı nə qədər gözəl nümunələr var. Olimpiya Oyunlarında belə, öz prinsiplərinə sadiq qalıblar, zədəli rəqibə qarşı son dərəcə ehtiyatla davranıblar. Əsl idmançı belə olmalıdır".

Məşqçi əcnəbi idmançının milli komandaya cəlb olunmasının şəxsi maraqlara xidmət etdiyini vurğulayıb: "Yerli məşqçinin yetişdirdiyi idmançı medal gətirəndə mükafat həmin mütəxəssisə çatır. Bizim bəzi məşqçilər isə Dağıstandan hazır idmançıları gətirib maklerlik edirlər, mükafatı öz adlarına yazdırırlar. Fikrimcə, dövlət legionerlərin məşqçilərinə qətiyyən mükafat ayırmamalıdır".

İbrahimovun fikrincə, legioner yerli idmançılarla başabaş güləşirsə, onlara ehtiyac yoxdur: “Mən özüm də legioner həyatı yaşamışam, Qazaxıstanın adına güləşmişəm. O vaxt bizə deyirdilər ki, yerli idmançıya 3 xaldan az fərqlə qalib gəlsəniz, öz uşaqlarımıza şans verəcəyik. Məntiqlə legioner yerli idmançıdan bir baş üstün olmalıdır ki, ona yığmada yer olsun. Bu qaydanı bizdə də tətbiq etsələr, yaxşı olar".

Mütəxəssis yetirməsinin Azərbaycan güləş tarixində 20 yaşadək ölkəyə ən çox medal gətirən güləşçi olduğunu xatırladıb:

"20 yaşına kimi 3 dəfə böyüklər arasında Azərbaycan çempionu olub. Yeniyetmələrin Olimpiya Oyununlarının, 23 yaşadək güləşçilər arasında dünya çempionatının, gənclərin Avropa çempionatının qalibi olub. Böyüklərdə Avropa ikincisidir. 20 yaşadək bu qədər medalı nə Hacı, Toğrul gətirib. Yaşının, karyerasının bu məqamında Turanı sıxışdırmaq ədalətsizlikdir. O, 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşır. Oradan medal gətirməyə real namizəddir".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X