14:02 20.07.2022 412

Böyük məşqçi: "Yarışda parlayan ulduzlarımız oldu"

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən U-15 Avropa çempionatında komanda hesabında 2-ci yeri tutan sərbəst güləş üzrə millimiz vətənə qayıdıb.

Fanat.Az xəbər verir ki, 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yığma komanda Heydər Əliyev adına Beynəlxalq Aeroportda coşğu ilə qarşılanıb. Qarşılanma mərasimində iştirak edən Güləş Federasiyasının və Gənclər və İdman Nazirliyinin rəsmiləri rekord nəticəyə imza atan komanda üzvlərini təbrik ediblər.

Milli komandanın böyük məşqçisi Namiq Quliyev yığmanın yarışqabağı qarşıya çempionluq məqsədi qoyduğunu bildirib:

“Komanda yüksək səviyyədə çıxış etdi. Baxmayaraq ki, 10 çəkidən 8-də təmsil olunduq. Əslində, biz komanda hesabında çempion olmağa getmişdik. Məlum səbəbdən 2-ci yeri tutduq. Bu yarışda parlayan ulduzlarımız oldu. Hətta 2008-09-cu il təvəllüdlü medalçılarımız oldu. Onlardan gələcəkdə daha böyük nəticələr gözləyirəm”.

Avropa çempionu Məhərrəm Rzayev:

“Yarışda Bolqarıstan, Yunanıstan və Macarıstan idmançılarına 10:0 hesabıyla qalib gələrək yarımfinala yüksəldim. Yarımfinalda erməni güləşçini 6:1 hesabıyla məğlub edib finala yüksəldim. Finalda da Gürcüstan idmançısına tam üstünlük
lə qalib gələrək Avropa çempionu oldum.

Avropa çempionu Səid Paşayev:

"Yarışa yaxşı hazırlaşmışdıq. Görüşlər mənim üçün rahat keçdi. İnşallah, bundan da böyük qələbələr olacaq. Hədəfim dünya və olimpiya çempionu olmaqdır”.

Fərhad Süleymanov, Avropa üçüncüsü:

“Bütün Azərbaycan xalqını salamlayıram. Bürünc medal uğrunda görüşdə Ermənistan idmançısıyla qarşılaşdım. Zədələrim var idi. Buna baxmayaraq, rəqibimə qalib gəldim. Mən də gələcəkdə dünya və olimpiya çempionu olmaq istəyirəm”.

Məhəmməd Abbaszadə, Avropa üçüncüsü:

“Üzərimizdə əziyyəti olan bütün hər kəsə təşəkkürümü bildirirəm. O gün olsun, bundan da yaxşı nəticələr qazanaq”.

Xatırladaq ki, Məhərrəm Rzayev (38 kq), Cəfər Cəfərov (41 kq), Rəvan Rəhimli (48 kq) və Səid Paşayev (85 kq) qızıl, Həsən Həsənov (41 kq) gümüş, Hüseyn Hüseynov (52 kq), Məhəmməd Abbaszadə (62 kq) və Fərhad Süleymanlı (85 kq) isə bürünc medal qazanıb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X