16:32 30.08.2022 1461

"Onunla çəkiləsi hesabım var" - Dünya çempionu

Azərbaycan yunan-Roma güləşi millisinin üzvü, dünya və üçqat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı Rafiq Hüseynovun Fanat.Az-a müsahibəsi

- Qarşıdan dünya çempionatı gəlir. Mundiala hazırlıq prosesi necə keçir?
- Hazırda Bakıda son təlim-məşq toplanışındayıq. Çin yığması ilə birgə hazırlaşırıq. Məşqlərimiz çox ağırdır. Fikirləşirəm ki, bu hazırlığın nəticəsini dünya çempionatında görəcəyik.

- Dünya çempionatı öncəsi İslamiadaya qatılıb qalib oldunuz. Həmin yarış barədə təəssüratlarınızı öyrənək.
- İslamiadadakı qələbə də önəmlidir. Lakin aydındır ki, İslam Oyunları dünya çempionatı ilə bərabər tutula bilməz. Odur ki, bu, mənim üçün sadəcə motivasiya ola bilər. Hansısa arxayınlıqdan söhbət gedə bilməz. 

- Son dünya çempionu və dünya reytinqinin liderisiniz. Belədə yığmanın əsas qızıl medal ümidlərindən biri, hətta birincisi sayılırsınız. Necə fikirləşirsiniz, hazırkı hazırlıq formanız ötənilki nailiyyəti təkrarlamaq üçün yetərlidirmi?
- Qeyd elədiyiniz məqamlar rəqiblərimin üzərində psixoloji təsir yarada bilər. Təbii ki, bu, mənə əlavə stimul verəcək. Amma bu o demək deyil ki, yarış asan olacaq. Keçənilki hazırlıq formamla indiki arasında fərq ondadır ki, 2021-də Olimpiadaya görə maksimum səviyyədəydim. İndi də yaxşı formadayam. Sadəcə, müəyyən zədələrim var. İslamiadadan sonra həm də onların müalicəsi ilə məşğulam. Amma düşünürəm, dünya çempionatına qədər optimal formada olacağam və yarışda da uğurlu çıxış edəcəyəm.

- Mundiala gələcək idmançılarla tanışsınız. Əsas rəqiblər olaraq kimləri qeyd edərsiniz?
- Bütün rəqiblərimi yaxşı tanıyıram. Hamısını dəqiqliklə analiz etmişik. Hər birinə qarşı individual olaraq hazırlaşıram. Amma bu, o demək deyil ki, yüz faiz qalib olacağam. Əsas rəqiblərim builki Avropa çempionatının finalında qarşılaşdığım gürcüstanlı idmançı, ötənilki dünya çempionatının finalında yendiyim türkiyəli Burhan Akbudak, həmçinin İran və Ukrayna güləşçiləridir. 

- Tokio-2020-də uduzduğunuz və sonradan Olimpiadanın gümüş medalını qazanan qırğızıstanlı idmançı Akjol Mahmudov əvvəlki bir neçə yarışda 82 kiloda güləşsə də, onun qarşıdakı dünya çempionatına 77 kiloqramda qatılacağı açıqlanıb. Bu, sizə necə təsir edir? Konkret desək, yüksəlişdə olan gənc idmançı ilə yenidən qarşılaşıb revanş imkanı qazanmaq yaxşı olardı, ya belə olması daha çox işinizə yarayır?
- Onun bir neçə yarışda 82 kiloqramda güləşdiyini görəndə çox sevinmişdim. Çünki yenə qarşılaşmaq ehtimalı yaranmışdı. Onunla çəkiləsi hesabım var. Amma təəssüf ki, bu dəfə olmadı. Ümumiyyətlə, güclü idmançı ilə qarşılaşmaq mənim özümə də xoşdur. Çünki hazırda mən elə bir səviyyədəyəm ki, yarışda qalib olmaqdan çox, macəra axtarıram. Əvvəllər məğlub olduğum və qarşılaşmadığım bir neçə idmançı var ki, onlarla üz-üzə gəlmək, gücümü sınamaq istəyirəm. Çempion əbədi olmur. Nə vaxtsa yenisi gəlir. Ona görə ən yaxşısı məşğul olduğun işdən həzz almaqdır. Gerisi öz ayağı ilə gələcək.

- Ümumilikdə əksər üzvləri reytinqin ön pillələrində qərarlaşan yunan-Roma yığmasına ümid böyükdür. Üstəlik, güclü Rusiya yığması da yarışa qatılmayacaq. Belədə, millinin əvvəlki illərdən də yaxşı çıxış etməsini gözləmək olarmı?
- Yarışdan öncə proqnoz verməyi xoşlamıram. Bəzən hər şey gözlənilən kimi getmir. Komanda hesabında son Avropa çempionatının qalibi olduğumuz kimi istərdik, dünyada da ən güclü olaq. Əksər çəkilərdəki güləşçilərimiz medal qazanacaq gücdədir. Sadəcə, yığmanın aparıcı üzvlərindən olan İslam Abbasovun zədə səbəbindən yarışa qatılmaması təəssüf doğurur. 

Rusiya yığması ilə bağlı məqama gəldikdə, onların olmaması işimizi müəyyən qədər asanlaşdırır. Amma onların olması da bizə ciddi bir çətinlik törətməyəcəkdi. Mən və komandanın digər aparıcı üzvləri ayrı-ayrı vaxtlarda ruslara qalib gəlmişik. İstənilən halda, Rusiya və Belarus idmançılarının olmaması mənim üçün xoş hal deyil. İdmançıların siyasi məsələlərə görə əziyyət çəkmələrini istəməzdim.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X