11:24 09.09.2022 674

Dünya çempionatında kim nə vaxt güləşəcək? - Təqvim

Sabah Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı start götürəcək.

Fanat.Az xəbər verir ki, sentyabrın 18-dək davam edəcək mundialda Azərbaycan 24 idmançı ilə təmsil olunacaq. Onlardan 9-u yunan-Roma, 5-i qadın, 10-u isə sərbəst güləşçilərdir.

Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq), Sabah Şəriəti (130 kq).

Qadın güləşi: Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq).

Sərbəst güləş: Əliabbas Rzazadə (57 kq), İslam Bazərqanov (61 kq), Hacı Əliyev (65 kq), Coşqun Əzimov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq), Aydın Əhmədov (125 kq).

Mübarizəyə ilk olaraq yunan-Roma güləşçiləri qoşulacaq. İlk gündə Eldəniz Əzizli, Ülvi Qənizadə və Sənan Süleymanov yarışa start verəcək. Ayın 11-də Taleh Məmmədov, Həsrət Cəfərov, Rafiq Hüseynov və Arif Niftullayev, ayın 12-də isə Murad Məmmədovla Sabah Şəriəti xalça üzərinə çıxacaq.

Sentyabrın 12-də qadın güləşi üzrə yarışlar da başlayacaq. İlk olaraq Tatyana Omelçenko, növbəti gün Leyla Qurbanova ilə Elis Manolova, sentyabrın 14-də isə Jalə Əliyeva və Alyona Kolesnik qüvvəsini sınayacaq.

Son olaraq sərbəst güləşçilər mundial həyəcanı yaşayacaq. Sentyabrın 15-də Coşqun Əzimov, Əşrəf Aşırov, Abubakr Abakarov və Aydın Əhmədov yarışa start verəcək. Ayın 16-da Əliabbas Rzazadə, Turan Bayramov və Osman Nurmaqomedov, ayın 17-də isə İslam Bazarqanov, Hacı Əliyev və Maqomedxan Maqomedov xalça üzərinə çıxacaq.

Qeyd edək ki, hər çəki dərəcəsi üzrə mübarizənin ilk günündə finalçılar müəyyənləşəcək. Təsəlliverici və medal qarşılaşmaları növbəti gün baş tutacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X