Azərbaycanın 2 karateçisi növbəti ilin iyulunda ABŞ-ın Birmingem şəhərində keçiriləcək XI Dünya Oyunlarına lisenziya qazanıb.
Azərbaycan Milli Karate Federasiyasından Fanat.Az-a verilən məlumata görə, qadın karateçimiz İrina Zaretska (68 kq) və kişilərdən ibarət millinin 84 kiloqramdan ağır çəki dərəcəsindəki üzvü Asiman Qurbanlı sözügedən yarışda iştirak hüququ əldə edib.
Hər iki idmançı buna Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında mükafata layiq yer tutmaqla nail olub. Mundialda Zaretska qızıl, Qurbanlı isə bürünc medal qazanıb.
Qeyd edək ki, Dünya Oyunlarına digər lisenziyalar reytinq xallarına əsasən veriləcək.