Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) yenidən "Karate Combat" turnirində çıxış edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
5 qat dünya və 11 qat Avropa çempionu ilə uzunmüddətli müqavilə imzalanıb. 37 yaşlı idmançı turnirin yaxın aylarda start götürəcək 4-cü mövsümündə mübarizə aparacaq.
Qeyd edək ki, Rafael Ağayev ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edib. O, həmin vaxt Dominikan karateçisi Dionisio Qustavo ilə döyüşüb və qalib gəlib.