Karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin “Karate Combat”da rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu, Macarıstan təmsilçisi Jolt Habdadır. Döyüş bu gün Budapeştdə keçiriləcək.
Rafael Ağayevin 37, Jolt Habdanın 25 yaşı var.
Qeyd edək ki, Rafael Ağayev ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edib. O, həmin vaxt Dominikan karateçisi Dionisio Qustavo ilə döyüşüb və qalib gəlib.
Sahib