Tanınmış ukraynalı karateçi, Tokioda keçirilən Olimpiya Oyunlarının bürünc mükafatçısı Stanislav Horuna Ukraynadakı müharibədən danışıb.
Fanat.Az xəbər verir ki, "XSport" 33 yaşlı idmançının dediklərini belə çatdırıb:
“Bütün dünya ümumi şərə, ümumi düşmənə qarşı birləşib. Sivil dünya həqiqəti və baş verənləri görür. Onlar bunun əsassız olduğunu başa düşürlər. Bunu etməyin mənası yoxdur. Tutaq ki, Rusiya Ukraynanı fəth etməyi bacardı. Bu ərazi ilə nə edəcəklər? Hər şeyi məhv edirlər. Ruslar hamını öldürür, faşistlik edir, hər yeri yandırırlar. Onların etdiklərinin mənası yoxdur. Daha çox dinc əhaliyə qənim kəsiliblər. Zorlayırlar, məhv edirlər və öldürürlər".
Qeyd edək ki, hazırda Horuna əlində silah ölkəsini müdafiə edir.
Emin