"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində sabah səfərdə "Osiyek"ə (Xorvatiya) qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 42 yaşlı çalışdırıcı mətbuat konfransında belə danışıb:
"Sabah bizi vacib oyun gözləyir. Rəqib komanda doğma meydanda sərfəli nəticə qazanmağa çalışacaq. Bizdə əlimizdən gələni edəcəyik ki, Bakıya bizə sərf edən hesabla geri qayıdaq. Yaxşı kollektivə qarşı mübarizə aparacağıq. "Osiyek" maraqlı və baxımlı futbol nümayiş etdirir. Onların böyük azarkeş ordusu var. Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq".
Qeyd edək ki, "Osiyek" - "Zirə" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması bir həftə sonra Bakıda reallaşacaq.