10:33 30.07.2021 804

İKİ-DÖRD, qapını ört...

Əslində, "Keşlə”nin ən nikbin azarkeşi belə cavab görüşündə "Soçi”ni üstələyəcəyinə inanmırdı. Ona görə yox ki, ilk oyunda darmadağın qeydə alınmışdı. Sadəcə, bakılılar səfərdə müqavimətsiz təslim olmuşdu və iki komanda arasındakı səviyyə fərqi möcüzəyə olan ümidləri azaltmışdı. Ancaq "ümid sonda ölür” yanaşması, eləcə də "Keşlə”nin doğma divarlar arasında oynaması təxminən 2000 tamaşaçını "ASK Arena”ya cəlb etmişdi. Hadisələri qabaqlayaraq qeyd edək ki, oyun, xüsusilə ilk yarı xeyli maraqlı alındı və çətin ki, azarkeşlər darıxsın. 

Ölkə kubokunun son qalibi ilk oyunla müqayisədə start heyətində iki dəyişikliklə çıxmışdı. Amil Yunanov və Turan Vəlizadəni ehtiyatda saxlayan baş məşqçi, Şəhriyar Əliyevlə Omar Qudiabini ilk dəqiqələrdən meydana buraxmışdı. Ya bu, ya da hansısa səbəbdəndi ki, bakılılar bu dəfə rəqibinə boy göstərə bildi... 
"Keşlə" startdan etibarən topa yiyələnib oyuna nəzarət etməyə çalışırdı və çox vaxt bunu bacarırdı. Ancaq rəqib nə vaxt ki, topa yiyələnirdi, demək olar hər hücumu təhlükə saçırdı. Bu zaman bakılıların müdafiəsində panika yaşanırdı. Bir neçə epizodda bəxti gətirən "Keşlə" 21-ci dəqiqədə qapısında qol gördü. Duqandziçin zərbəsindən sonra Namaşko topa toxunsa da, onun cəhdi qolu əngəlləməyə yetmədi. 

Hissənin sonu daha baxımlı alındı. 32-ci dəqiqədə "Soçi"də 7 nömrə təkbətəkdən yararlana bilmədi. "Keşlə"nin dərhal sonra gerçəkləşən əks-hücumundan sonra Felipe Santosun fərqlənməsinə rəqibin qapıçısı əla reaksiya ilə əngəl oldu. Bununla belə, 35-ci dəqiqədə "Keşlə" cavab qolunu vurmaqla tribunaları ayağa qaldırdı. Felipe status-kvonu bərpa etdi. Rəhmandan ötürmə alan "10 nömrə" cinahdan uzun reyd edib topu tora qovuşdurdu. 
Ancaq cəmi 3 dəqiqə sonra Burmistrov müdafiənin kobud səhvindən yararlanıb "Soçi"ni yenidən hesabda önə çıxardı. 

İkinci hissəyə "Keşlə" qolla başladı. Rəhman ikinci dəfə tarazlığı bərpa etsə də, bu qolu da Felipenin ayağına yazmaq lazımdı. O, topu ələ keçirdikdən sonra təkbaşına rəqibin bir neçə müdafiəçisini aldadıb cərimə meydançasına daxil oldu və Rəhmana məhsuldar ötürmə etdi - 2:2. Ancaq "Keşlə"nin bundan artığına gücü çatmadı. Əksinə, "Soçi" Marqasovun 70-ci, Duqandziçin 82-ci dəqiqəyə təsadüf edən növbəti qolu ilə hesab arasındakı fərqi 4:2-yə çatdırdı. Beləliklə, hər hissəddə 3 qolun qeydə alındığı görüşdən məğlub ayrılan bakılıların avrokubok mübarizəsi iki oyuna sığdı.  

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2024
00:46

ÇL-in finalında "Real"la "Borussiya" qarşılaşacaq 

08 May 2024
23:50

Medina "Qarabağ"la müqavilə yeniləyib? - AÇIQLAMA

22:40

KL: "Fiorentina" finalda!

21:21

Virts "Real"a nə vaxt keçəcək?

21:00

Samir Nəsri əfsanəvi almanın bu planının üstünü açdı

19:35

Serb futbolçu "Yuventus"u tərk edəcək, İtaliyanı yox

18:44

İngiltərə nəhənginin yeni baş məşqçisi bilindi - Rəsmi qərar bu tarixdə açıqlanacaq

17:55

“Borussiya”nın kapitanı olduğum üçün çox fəxr edirəm" - Emre Can

17:37

"Çelsi" forvardını satışa çıxardı

17:16

"Biz yalnız Kroosa yox, mütəşəkkil komandaya qarşı oynayacağıq" - Tomas Tuxel

16:54

"Almaniyaya tez gəlsəydim, Musalanı İngiltərə millisində oynamağa razı salardım" - Harri Keyn

16:23

PFL ilə "YAŞAT" Fondu arasında memorandum imzalandı

16:14

İstanbul nəhəngi "Çelsi" ilə anlaşdı - SON DURUM

15:55

Azarkeşlər Palmeri seçdilər

15:36

Rüfət Quliyevi əvəzləyəcək şəxs bilindi  

15:17

"Barselona"da fikir ayrılığı: Laporta və Deku Xavi ilə razılaşmadılar

14:58

"Qorxmuruq, kimə qarşı oynadığımızın fərqindəyik" - Manuel Noyer

14:40

Bölgə klubunda radikal dəyişiklik - Əsgər Abdullayev də gedir

14:21

DİN və DTX əməkdaşları AFFA-da

14:05

"Qapıya 31 zərbə endirsək də..." - Enrikedən emosional məğlubiyyət şərhi

13:48

Futzal turnirinin qalibi bilindi

13:31

"Nə deyəcəyimi bilmirəm" - Vitinya

13:14

Almaniya futbolu tarixində Hummels kimisi olmamışdı

12:57

PSJ-dən maraqlı antirekord

12:44

"Kəpəz"in 2 legionerinə ağır cəza verildi, klub 8500 manat cərimələndi

12:32

AFFA "Turan Tovuz"un legionerini 4 oyunluq kənarlaşdırdı

12:20

"Qarabağ" ilə "Neftçi" barədə ölçü götürüldü: 5800 manatlıq cərimə 

12:02

Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıya yollandı

11:45

"Jirona" ÇL-ə buraxılmır - SƏBƏB 

11:26

"Şadam ki, indi azarkeşlərimizə olan borcumuzu qaytara bilərik" - Edin Terziç

11:08

"Üzgün və kədərliyik" - Kilian Mbappe

10:33

Yoahim Löv: "Final fitindən sonra tualetə qaçdım"

10:12

"Borussiya" Parisi də fəth etdi - VİDEO

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

ÇL-in tarixində ikinci dəfə - Yenə "Borussiya"

01:20

“Beşiktaş” finala yüksəldi

00:53

Çempionlar Liqası: "Borussiya" Parisi susdurub finala yüksəldi 

07 May 2024
21:27

Ten Haq MY-dəki gələcəyinin necə olacağı ilə bağlı sualı belə cavablandırdı

20:20

"Laporta məndən onunla bağlı məlumatları aldı" - "Xetafe"nin prezidenti "Barselona"nın planının üstünü açdı

19:30

"Mançester Siti" ilə "Arsenal" türkiyəli ulduza görə yarışa girdilər - Qiyməti "əl yandırır" 

Facebookdan bizi izləməyi unutmayın.
X