13:11 17.08.2021 1722

“Həm “Qarabağ”ın, həm də “Neftçi”nin qrupa düşmək şansı var” - ŞƏRH

İki gün sonra UEFA Konfrans Liqasında mübarizəni davam etdirən "Qarabağ" və “Neftçi” pley-off mərhələsində ilk oyunlarına çıxacaq. 

Ölkəmizin köklü klublarından hansı qrup mərhələsinə adlaya, Avropa arenasında çıxışını ən azı qışa qədər davam etdirə biləcək? Könül istərdi ki, bunu həm “Qarabağ”, həm də “Neftçi” bacarsın.

Azərbaycanın əməkdar futbol məşqçisi Təbriz Həsənov Fanat.Az-a açıqlamasında klublarımızın Konfrans Liqasının pley-off mərhələsindəki şanslarını dəyərləndirib: 

“Qarabağ” – “Aberdin”

“Qurbanın komandası zəif də oynayanda istədiyi nəticəni əldə edə bilir”

“Hər iki komandamız vacib mərhələnin oyununa çıxacaqlar. Qrupa düşmək üçün hər ikisinin şansı var. Amma siz də bu fikirlə razılaşarsınız ki, “Qarabağ” daha şanslıdır. Elə bilməyin ki, “Aberdin”i “Makkabi”dən zəif hesab etdiyim üçün komandamızı şanslı sayıram. Sadəcə, “Qarabağ” illərdi topladığı təcrübə hesabına bu inamı formalaşdırıb. Qurbanın komandası zəif də oynayanda istədiyi nəticəni əldə edə bilir. Bu, təcrübədən irəli gəlir. Elə təəssürat yarana bilər ki, “Aşdod” səddini çətin keçdilər. Evdə heç-heçə oynayıb cütün taleyini səfərdə 1 qolla həll etdilər. Elə AEL-lə də ilk oyunda heç-heçəyə razılaşdılar və cavab görüşündə rəqibi 1 cavabsız qolla mübarizədən kənarlaşdırdılar. Kipr klubu “Qarabağ”a daha çox çətinlik yaratdı. Hiss olunurdu ki, komandamızı yaxşı təhlil ediblər. İmkanlardan tam istifadə etməyə imkan vermirdilər. Üstəlik, oyunətrafı gərginlik də var idi. Buna baxmayaraq, təcrübə və ustalıq sözünü dedi. 

Sözsüz ki, “Qarabağ” ideal formada deyil. Xüsusilə hücumçu baxımından sıxıntı var. Ramil Şeydayev özünü göstərə bilmir. Qurban Qurbanov ona güvənməkdə davam edir və fikrimcə, doğru olanı edir. Ramil qoleadordu, ayağı açılsa, qolları sıralamaqda davam edəcək. 
“Zirə” ilə oyunda Qurban Qurbanov demək olar, ikinci heyətə şans verdi. Buna rotasiya və ya çempionat oyununda özünü yaxşı tərəfdən göstərən futbolçu üçün Konfrans Liqasındakı heyətdə yer almaq fürsəti də deyə bilərik. Açığı, ikinci heyət əsas heyətdən elə də seçilmədi. Düzdür, komanda xal itirdi, amma səviyyə fərqi çox hiss olunmadı. Bu o deməkdir ki, “Qarabağ”da sistem var və yeni oyunçu ona tez uyğunlaşır. AEL-lə oyunda qələbəni təmin edən Kadi haqda fikir sözləmək üçün tez olsa da, yaxşı futbolçuya oxşayır. Hərəkətlidir, topla yaxşı davranır. Ümumiyyətlə, son transferlər nəticəsində “Qarabağ”ın ehtiyat skamyası genişlənib.

“Aberdin” haqda geniş bilgim olmasa da, Britaniya futbolunun özəlliyini hamımız bilirik. Bunə ən yaxşı elə “Qarabağ” bələddir. Çünki 5-6 il əvvəl “Seltik”lə qarşılaşıb və şotlandiyalılarla demək olar, başabaş mübarizə aparıb. Düşünmürəm ki, “Aberdin” “Seltik”dən güclü komandadır. “Qarabağ”ın pley-offu adlayaraq, qrupa düşəcəyinə inanıram”.

“Neftçi” – “Makkabi”

“Neftçi” toparlana bilsə, İsrail təmsilçisini mübarizədən kənarlaşdıra bilər, necə ki, “Kayrat” bunu bacarıb”

“Neftçi”nin problemləri var. Komanda avrokubok mübarizəsin hazır görünmür. Deyə bilmərəm bu, sırf heyətdəki problemlərdən qaynaqlanır, ya başqa səbəb var. Görünən odur ki, komanda Tbilisi “Dinamo”su ilə oyunlardan sonra qələbə qazana bilmir. Çempionatı da nəzərə alsaq, “Neftçi” son 5 matçda sevinə bilməyib. Bir mütəxəssis kimi məni müdafiədəki səhvlər daha çox narahat edir. Yerli gənc oyunçular səhv buraxanda ona dəstək oluruq. Amma həmin uşaq səhvlərini legionerlər edirsə, buna söz tapmaq olmur. Üstəlik, Mamadu Mbocla Roman Baskın yol verdiyi səhvlər komandanın qapısına qollarla nəticələnib. Hücum planında da sıxıntı var. Namik Ələsgərovun gedişindən sonra qayğıları daha artıb. 

Problemlərə baxmayaraq, “Neftçi”yə də inanıram. “Makkabi” keçilməz rəqib deyil. Ümumiyyətlə, “Neftçi”nin rəqibləri – “Olimpiakos”, HİK və “Makkabi” aşağı-yuxarı, bərabər səviyyəli komandalardır. Fərq yalnız onların oyun üslubundadır. Yunan klubunu gözümüzdə böyütmüşdük, ancaq növbəti mərhələdə mübarizəni dayandırdı. Finlandiya komandası da çox güclü deyildi. “Makkabi”yə gəlincə, hələ 1999-cu ildə “Qarabağ” “İntertoto”da hayfalıları üstələməyə bacarıb. Həmin oyunlarda mən də iştirak etmişəm. “Neftçi” toparlanıb mübarizəyə köklənə bilsə, İsrail təmsilçisini mübarizədən kənarlaşdıra bilər. Necə ki, “Kayrat” “Makkabi”ni Çempionlar Liqasının ilk mərhələsində üstələməklə bacarmışdı”. 

Qeyd edək ki, iyulun 19-da əvvəlcə "Qarabağ” – "Aberdin” (Şotlandiya) oyunu start götürəcək. Qarşılaşma saat 20:00-da başlayacaq. "Neftçi” – "Makkabi” (Hayfa, İsrail) oyununun start fiti isə saat 21:00-da səsləndiriləcək.

Mirağa      
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
11:26

Bölgə təmsilçisi Bakıda hazırlıq keçəcək

11:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

"Sabah" bir addım öndədir" - Arif Əsədov

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X