Bu gün "Neftçi", "Zirə" və "Qəbələ" Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəyə başlayacaq.
Fanat.Az xəbər verir ki, hər üç təmsilçimizin oyunları canlı yayımlanacaq.
20:00-da start götürəcək "Zirə" - "Makkabi" (Təl-Əviv, İsrail) matçı İTV, 21:00-da başlanacaq "Fehervar" (Macarıstan) - "Qəbələ" görüşü "CBC İnternational", 21:30-da keçiriləcək "Aris" (Limmasol, Kipr) - "Neftçi" oyunu isə "CBC Sport" kanalı vasitəsilə yayımlanacaq.