14:10 26.07.2022 705

"Geridönüşə şans var" - Aslan Kərimov

UEFA Konfrans Liqasında çıxış edən təmsilçilərimiz - "Neftçi", "Zirə" və "Qəbələ" ilk oyunda rəqiblərinə məğlub olublar. 

"Neftçi"nin və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında Azərbaycan komandalarının cavab oyunundakı şaslarını dəyərləndirib.

49 yaşlı mütəxəssi əvvəlcə səfərdə Kiprin "Aris" klubuna 0:2 hesabı ilə məğlub olan "Neftçi" barədə danışıb:

"Neftçi"dən danışırıqsa, deyim ki, geridönüşə şans var. Baxmayaraq ki, ilk oyunda azarkeşlərini məyus etdilər, ümid hələ də var. İlk oyunda daha çox vuruşmaq və xarakter göstərmək lazım idi. Baş məşqçinin üzərinə hazırda böyük məsuliyyət düşür. Onun 0:2-dən sonra futbolçularını psixoloji olaraq bu oyuna necə kökləməsi vacib amildir. Futbolçuların bunu nə dərəcədə başa düşəcəyi də ümumi nəticə baxımından əhəmiyyətlidir. Ümumi götürsək, həqiqətən də çətin bir durumdur. Maksimum çox qol vurmaq və qapını toxunulmaz saxlamaq lazım gələcək. Bu da sözsüz, çətin bir sınaqdır. Əlbəttə, futbolda hər şey olur. Ancaq dəqiq olan budur ki, çətin olacaq". 

Kərimov UEFA KL-də mübarizə aparan digər komandalarımızla - "Zirə" və "Qəbələ" ilə bağlı vəziyyətə də münasibət bildirib: 

"Zirə" və "Qəbələ"nin işlərinin çətin olacağı öncədən bəlli idi. "Zirə"nin rəqibi özü ilə müqayisədə həddindən artıq güclü komandadır. Təmsilçimiz istəkli görünürdü, amma buraxılan hər üç qol sadə epizodlardan vuruldu. "Zirə"nin hücum etdiyinin də şahidi olduq. Məhz elə burada ustalıq səviyyəsi meydana çıxır. Yaradılan qol imkanlarını reallaşdıra bilmədilər. Rəqib isə əksinə, cüzi qol imkanlarından maksimum yararlandı. İlk matçdan sonra "Zirə"nin işinin çətin olacağı aşkardır. Səfər oyununda rəqibin azarkeşlərinin dəstəyini də nəzərə alsaq, 0:3-dən geridönuş etmək real görünmür. Biz onsuz da "Zirə"nin KL-in qrup mərhələsinə düşəcəyini gözləmirdik. Bu, onlar üçün əla bir təcrübə oldu. 

"Qəbələ"yə gəlincə, püşkün nəticəsi bəlli olandan sonra onların Macarıstan klubunu keçmək şanslarını 30-un 70-ə dəyərləndirirdim. İlk hissədən sonra bir az ümidləndik, ancaq yenə də təcrübə çatmadı. "Fehervar"ın bu turnirə bizdən daha çox hazır olduğunu müşahidə etdik. Elə "Zirə" kimi, "Qəbələ"nin də nəyisə dəyişə biləcəyi inandırıcı deyil". 

Xatırladaq ki, hər üç komandanın cavab oyunu iyunun 28-də keçiriləcək.

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X