20:00 05.05.2023 271

Mətbuat xidmətlərnin rəhbərləri üçün təşkil edilən master-klasın iştirakçılarına sertifikatlar təqdim olunub

Media Tәhlil Mәrkәzinin (MTM) Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA), ADA Universitetinin dəstəyi və MAS MMC-nin texniki köməkliyi ilə dövlət, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil etdiyi üç günlük master-klas başa çatıb. 

3-5 may tarixlərində ADA Universitetində keçirilən beynəlxalq təlimin iştirakçıları müsahibәlәr yolu ilә fәrqli vә peşəkar müzakirәlәrә qoşulub, sosial media tәşәbbüslәrinin inkişaf etdirilmәsi ilә bağlı praktiki sessiyalarda iştirak ediblər. Master-klasın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Serifikatların təqdimetmə mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Media Təhlil Mərkəzinin Baş direktoru Vüqar Xəlilov və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər. 

Təlimlə bağlı təəssüratlarını bölüşən Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova söyləyib ki, bu formatda ustad məşğələlərinin keçirilməsi rəsmi kommunikasiyanın daha peşəkar səviyyədə qurulmasına yardımçı olmaqla yanaşı, beynəlxalq standartlar və təcrübələrlə tanış olmağa imkan yaradır: “Bu tip master-klaslar mövcud fəaliyyətin daha da yüksək səviyyədə qurulmasına yardımçı olur. Bizə bu şansı yaratdığına görə Heydər Əliyev Mərkəzinə, Media Təhlil Mərkəzinə, Medianın İnkişafı Agentliyinə və ADA Universitetinə minnətdarlığımı bildirirəm”.  

Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev qeyd edib ki, təlimin əhəmiyyəti olduqca böyükdür. Onun sözlərinə görə, media ilə dövlət qurumları arasında düzgün kommunikasiyanın aktuallıq kəsb etdiyi və yeni yanaşmaların, yeni çağırışların ön plana çıxdığı bir dönəmdə qabaqcıl beynəlxalq media modellərinin öyrənilməsi, bu cür təlimlərin keçirilməsi bu sahədə professional mühitin yaranmasında mühüm rol oynayır: “Bu, həm də kommunikasiyaya məsul şəxslər kimi bizlərin praktik bilik və bacarıqlarımızı artırır. Əminəm ki, bu cür faydalı dialoq, mütərəqqi format ölkəmizdə yeni mərhələyə keçid almış media və kommunikasiya islahatlarına töhfə verəcək, müxtəlif qurumlar arasında kommunikasiya sahəsində ünsiyyətin dinamikliyini artıracaq, mediaya məsul şəxslərin kommunikasiya işində məsuliyyətini və bu sahədə media vasitələri ilə sıx işləmək bacarıqlarını, peşəkarlığını daha da təkmilləşdirəcək”. 

AYNA-nın İctimaiyyətlə əlaqələr və media ilə iş departamentinin direktoru Pərvanə Əliyevanın fikrincə, təlimlər şəxsi inkişaf və müasir standartlara  cavab verən idarəetmə bacarıqlarına yiyələnmək baxımından çox səmərəli olub: “Həm nəzəri, həm də praktik sessiyalarda beynəlxalq mütəxəssislər böhran vəziyyətlərinin effektiv kommunikasiyasında öz təcrübələrini bizimlə bölüşdülər. Ünsiyyət, informasiyanın təqdim edilməsi və kommunikasiya sahəsində müasir trendlərlə tanış olduq. Düşünürəm ki, təlimin praktik olması əldə etdiyimiz yeni biliklərin gündəlik işimizə tətbiqində faydalı olacaq. Şübhəsiz ki, indi öyrəndiklərimiz ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyətimizin keyfiyyətini daha da artıracaq”.

Xatırladaq ki, Media Tәhlil Mәrkәzi yerli media nümayәndәlәrinin, xüsusilә dә mәtbuat xidmәtlәrinin rәhbәrlәrinin peşәkar bacarıqlarının tәkmillәşdirilmәsinin vә inkişafının vacibliyini, bu sahәdә effektivliyin artırılmasının zәruriliyini nәzәrә alaraq beynәlxalq tәşkilatlarla sıx әmәkdaşlıq edir. Bu әmәkdaşlıq çәrçivәsindә növbəti master-klassı London şәhәr Universitetinin jurnalistika üzrә professoru, “The Media Society” təşkilatının vitse-prezidenti, İcmalar Palatasında media məsləhətçisi kimi çalışan Barni Cons və qlobal kampaniyaların, mürәkkәb mәsәlәlәrin idarә edilmәsi sahәsindә tәcrübәli kommunikasiya vә marketinq üzrә mütәxәssis Tobi Orr aparıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

Facebookdan bizi izləməyi unutmayın.
X