12:00 26.07.2024 1407

Paris-2024: Olimpiyaçılarımız Fransanın fəthinə başlayır

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bu gün dünyanın gözü Parisdə olacaq. Belə ki, Fransanın paytaxtında dördilliyin nəhəng yarışı – Yay Olimpiya Oyunları start götürəcək. Fransa tarixində 6-cı dəfə Olimpiadaya qucaq açacaq. Paris isə 100 ildən (1900 və 1924-cü illərdən sonra 3-cü dəfə) sonra bu yarışa ev sahibliyi edəcək. Onu da əlavə edək ki, oyunlar Parisdən başqa, Le-İvelin, Sena və Marna, O-de-Sen, Sen-Denidı, futbol matçları Nant, Marsel, Bordo, Nitsa, Lion və Sent-Etyendə də baş tutacaq. Açılış mərasimi bu gün - iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq. Başqa sözlə, Olimpiya Oyunları ümumilikdə 17 gün davam edəcək.

İlklərlə yadda qalacaq Olimpiada

Paris-2024 Azərbaycanın Olimpiada tarixi üçün bir sıra ilklərlə də yadda qalacaq.

Əvvəla qeyd edək ki, müstəqillik illərində qatıldığımız 8-ci Yay Olimpiya Oyunlarında ölkəmiz 15 idman növü, 17 proqram üzrə 48 idmançı ilə təmsil olunacaq.  

Batut gimnastikası və basketbol 3x3 idman növlərində ilk dəfə təmsil olunacağıq. Daha bir yenilik Olimpiya Oyunlarında ölkəmizin ilk dəfə qadın badmintonçu ilə də təmsil olunmasıdır.

 

Ümumilikdə, komandamızın 48 idmançısından 28-i kişi, 20-si qadın idmançıdır. 38 nəfər üçün bu, ilk olimpiada olacaq. Əvəzində 7 nəfər 2-ci, 2 nəfər 3-cü, 1 nəfər isə 5-ci dəfə mötəbər yarışa qatılacaq. 

Olimpiada növləri və olimpiyaçılarımız

güləş – 12 

Əliabbas Rzazadə (sərbəst güləş) - 57 kq
Hacı Əliyev (sərbəst güləş) – 65 kq
Turan Bayramov (sərbəst güləş) – 74 kq
Osman Nurmaqomedov (sərbəst güləş) – 86 
Maqomedxan Maqomedov (sərbəst güləş) – 97 
Georgi Meşvildişvili (sərbəst güləş) – 125 
Mariya Stadnik (sərbəst güləş) – 50 kq
Murad Məmmədov (yunan-Roma güləşi) – 60 kq 
Həsrət Cəfərov (yunan-Roma güləşi) – 67 kq
Sənan Süleymanov (yunan-Roma güləşi) – 77 kq
Rafiq Hüseynov (yunan-Roma güləşi) – 87 kq 
Sabah Şəriəti (yunan-Roma güləşi) – 130 kq 

cüdo – 9 

Balabəy Ağayev - 60 kq
Yaşar Nəcəfov - 66 kq 
Hidayət Heydərov - 73 kq 
Zelim Tçkayev - 81 kq 
Elcan Hacıyev - 90 kq 
Zelim Kotsoyev - 100 kq 
Uşanqi Kokauri - 100 kq+  
Leyla Əliyeva - 48 kq 
Gültac Məmmədəliyeva - 52 kq

gimnastika – 6
Zöhrə Ağamirova (fərdi)
Güllü Ağalarzadə (komanda)
Ləman Əlimuradova (komanda)
Zeynəb Hümmətova (komanda)
Yelizaveta Luzan (komanda)
Darya Sorokina (komanda)

boks – 5

Nicat Hüseynov – 51 kq
Malik Həsənov – 63,5 kq
Murad Allahverdiyev – 80 kq
Alfonso Dominqes – 92 kq 
Məhəmməd Abdullayev – 92 kq +

basketbol (3X3, komanda) – 4 

Aleksandra Molenhauer
Dina Ulyanova
Tifani Heys
Mersedes Volker

badminton – 2 

Keişa Fatimə Zəhran 
Edi Reski Dviçayo

üzgüçülük – 2 

Məryəm
Şeyxəlizadəxangah 
Ramil Vəlizadə

Batut gimnastikası – 1 

Selcan Mahsudova 

taekvando – 1

Qaşim Maqomedov - 58 kq 

kamandan oxatma – 1 

Yaylagül Ramazanova

atletika (çəkicatma) – 1 

Anna Skidan 

güllə atıcılığı – 1 

Ruslan Lunyov 

avarçəkmə - 1 

Diana Dımçenko

triatlon – 1

Rostislav Pevtsov

qılıncoynatma1

Anna Başta

 

Azərbaycanın Paris-2024-də iki bayraqdarı olacaq. İyulun 26-da keçiriləcək açılış mərasimində bu funksiyanı qadın cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev yerinə yetirəcəklər. 

 

Azərbaycan idmançıları Olimpiya Oyunlarında mübarizəyə iyulun 25-də kamandan oxatanımız Yaylagül Ramazanovanın çıxışı ilə start verib. Ramazanova sıralama turunda 39-cu yeri tutub. O, 720 mümkün xaldan 647-ni toplamaqla mövsümdə ən yaxşı nəticəsinə imza atıb. İdmançımız 1/32 final görüşünə iyulun 30-da çıxacaq.

Olimpiadada son nöqtəni isə sərbəst güləşçilərimiz Hacı Əliyev və Maqomedxan Maqomedov qoyacaqlar.

Olimpiada tarixindən seçmələr

* Azərbaycan indiyədək Olimpiya Oyunlarında 49 medal qazanıb.

* Əvvəlki 7 Olimpiadada Azərbaycan 7 çempionluq yaşayıb, 14 gümüş və 28 bürünc əldə edib.

* Azərbaycan əvvəlki 7 Olimpiadada 19 növdə təmsil olunub.

* Azərbaycan 7 Olimpiadada 7 növdə medallar qazanıb.

* Azərbaycanın ilk Olimpiya medalını 1996-cı ildə Atlantada sərbəst güləşçi Namiq Abdullayev qazanıb.

* Olimpiadalarda ən çox medal qazanan Azərbaycan idmançısı Mariya Stadnik 2 gümüş və 2 bürünc əldə edib.

* Azərbaycan yığmasının 7 çempionluğunun yarıdan çoxu – 4-ü güləşdə əldə olunub.

* Azərbaycan indiyə qədər 4 növdə - güləş, atıcılıq, cüdo və taekvondoda qızıl qazanıb.

* Azərbaycan ilk qızıl medallarını Sidney-2000-də əldə edib. Namiq Abdullayev güləş, Zemfira Meftəhətdinova atıcılıqda fərqlənib.

* Azərbaycan millisi London-2012-də daha uğurlu çıxış edib: 2 qızıl, 2 gümüş, 5 bürünc.

* Azərbaycan Rio-2016-da daha çox – 18 medal qazanıb: 1 qızıl, 7 gümüş, 10 bürünc.

* Azərbaycan ən çox – 56 idmançı ilə Rio-2016-da iştirak edib.

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2026
03:14

İspaniya La Liqasının ikinci bombardiri İstanbul nəhənginə keçir - MƏBLƏĞ

02:41

"Real Madrid"in ulduzu "Fənərbağça"da?

02:28

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

02:21

Joze Mourinyu "Real Madrid"də - RƏSMİ

01:49

"Qalatasaray"ın 15 milyon avro maaş ödəyəcəyi ulduz kimdir?

01:18

"Maltaya məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik" - Ayxan Abbasov

00:48

"Real Madrid" onu almaq üçün 500 milyon ödəməlidir?

00:09

"Sabah" heyətini gücləndirdi - RƏSMİ

09 İyun 2026
23:54

Azərbaycan millisi San Marinonu məğlub etdi

23:05

Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verdi

22:51

"Qarabağ"ın gənc istedadı milliyə qələbə qazandırdı

22:30

Mourinyu onu "Real"a gətirir

22:08

Azərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub olub

21:43

Premyer Liqa nəhəngləri arasında 70 milyonluq savaş

21:18

"Qarabağ" yenidən "Ferentsvaroş"la qarşılaşacaq

20:39

"Yuventus" Kenan Yıldızla bağlı qərarını verdi

20:19

Şəhriyar Əliyev "Turan Tovuz"dan ayrıldı

19:47

"Mançester Yunayted"dən qapıçı həmləsi

19:13

Azərbaycanın güləş hakimləri dünya çempionatında

18:34

Azərbaycanın U-17 yığması Qazaxıstana məğlub oldu

18:16

Aişə Muradova Azərbaycan birinciliyində uğurlu çıxışı ilə yadda qalıb

17:46

Türkiyənin Super Liqa təmsilçisi baş məşqçisi ilə yolları ayırdı

17:31

"Şəfa" 3 oyunçusu ilə müqavilə yeniləmədi - RƏSMİ

17:11

Azərbaycanı Dünya Millətlər Kubokunda bu boksçular təmsil edəcək

16:54

Millidə huşunu itirən Eriksenin son vəziyyəti nə yerdədir?

16:36

Arteta "Arsenal" rəhbərliyindən "Real Madrid"in ulduzunun heyətə qatılmasını xahiş etdi

16:17

İspaniya millisinin hücumçusu sıradan çıxdı

15:58

"Şamaxı" yeni hücumçu ilə gücləndi

15:39

"Karvan-Yevlax"da parlayan Rüstəmli yeni mövsümə ÇL-də oynayan klubda başlayacaq

15:21

Argentinalı dünya çempionu İngiltərə nəhənginə satılır - SON DURUM

15:03

Elvin Camalovun yeni klubu bilindi

14:45

Azərbaycan millisinin hücumçusu Madridə yollandı

14:26

İspaniya mundiala inamlı qələbə ilə başlayır - VİDEO

14:08

"Fransa yarımfinala çıxsa..." - Mbappe "xoruzlar"ın hədəfini bəyan etdi

13:49

"Neftçi"ni daha bir futbolçunun tərk edəcəyi dəqiqləşdi

13:31

Mourinyunun təqdimat mərasiminin vaxtı bilindi

13:10

Mbappe yenə susdu, Fransa ABŞ-yə inamlı qələbə ilə yollandı - VİDEO

12:51

Bəhlul Mustafazadə Çindən elə şəkillər paylaşdı ki...

12:29

Niderland Özbəkistanı məğlub etdi, amma qapıçısını itirdi

12:04

"Arsenal" Zəfər İqballa yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X