09:00 22.07.2021 757

İdmanın uşaq və yeniyetmələrin zehni, mənəvi, sosial inkişafında rolu

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)
 
Sağlam bədəndə sağlam ruh olar. İdman və bədən tərbiyəsinin uşaq və yeniyetmələrin sadəcə fiziki deyil, zehni, mənəvi, sosial inkişafında nə dərəcədə önəm daşıdığı müxtəlif araşdırmalarla sübuta yetirilib. Təhlillər göstərir ki, sistemli şəkildə idmanla məşğul olan uşaqlar yaşıdları ilə müqayisədə özlərində bir çox özəllikləri cəmləşdirirlər. Atdıqları addımlarda özlərinə daha çox güvənir, sürətli düşünmə və qərar qəbuletmə potensialına malik olurlar. Uşaq yaşda idmana başlamağın ən önəmli tərəfi isə ondan ibarətdir ki, ömrün ilk çağında yaranan sağlam həyat tərzinə meyil əksər hallarda həyatlarının sonuna kimi onlarla yanaşı addımlayır, iradə, məsuliyyət kimi vacib keyfiyyətlər aşılayaraq əsrimizin bəlasına çevrilmiş narkotik vasitələrdən, siqaret, spirtli içki asılılığından uzaq durmalarına əhəmiyyətli zəmin formalaşdırır. 
 
Eyni zamanda, məşq prosesinin azyaşlılarda tez-tez müşahidə edilən stress, depressiya hallarına qarşı sınanılmış ən effektiv mübarizə üsullarından biri olduğunu mütləq vurğulamalıyıq. Davamlı idmanla məşğul olan uşaq və yeniyetmələrdə özünəqapanma nadir hallarda müşahidə edilir. Həmçinin onlar yaş dövrlərinin əsas narahatlıqlarını - məktəb, imtahan qayğılarını rahat şəkildə üzərlərindən ata bilirlər. Ümumiyyətlə, bu, yaşından, sosial vəziyyətindən və peşəsindən asılı olmayaraq, idmana maraq göstərən bütün insanlarda rast gəlinən müsbət xüsusiyyətdir.
 
Ancaq təəssüflər olsun ki, günümüzün əsas problemlərindən biri olan texnologiya asılılığı uşaq və yeniyetmələrin də həyat tərzinə təsirsiz ötüşmür. Uzun müddət smartfonla, kompyuter qarşısında vaxt keçirən, açıq sahələrdə gəzmək əvəzinə, evə qapanan, qapalı məkanlara üz tutan uşaqlar gələcəkdə diabet, təzyiq, ürək-damar sistemi funsiyalarının pozuntuları kimi bir sıra xroniki xəstəliklərə namizəd halına gəlirlər. 
 
"Uşağı hansı idman növünə qoysaq, yaxşı olar?"
 
Bu, demək olar, hər valideynin həyatında ən azından bir dəfə verdiyi sualdır. Bilmək gərəkdir ki, fiziki və psixoloji vəziyyətindən asılı olmayaraq bütün uşaqların həvəs göstərəcəyi bir idman növü mütləq var. Valideynlərin ilk etməli olduğu iş övladlarını özlərinin istəyinə əsasən yönləndirmək yox, onların sevə və bacara biləcəyi idman növünü kəşf etməsinə yardım göstərməkdir. Nəinki uşaq, hər bir şəxs xoşbəxtlik duymadığı mühitdə özünə qarşı sayğısını, inamını itirir. Belədə, davamiyyət və hansısa uğurdan söhbət gedə bilməz. Bunun üçün yaxşı olar ki, uşağa bir neçə idman növünün xüsusiyyətləri haqqında onun başa düşəcəyi tərzdə - şifahi və görüntülü şəkildə məlumat verilsin. İmkan düşdükcə, balacaları idman yarışlarının keçirildiyi məkanlara aparmaq daha effektiv nəticələrə səbəb olur.
 
Diqqət edilməli digər önəmli məqam bəlli bir idman növlərini oğlan və qız idman növləri deyə ayıraraq uşağa təqdim etməməkdir. Bu, həm onların seçim imkanlarını məhdudlaşdırır, həm də diskriminativ meyillərin yaranmasına səbəb olur. 
 
Ayrıca, ailəvi şəkildə əyləncəli idman hərəkətləri yerinə yetirmək, yürüş, qaçışla məşğul olmağı gündəlik həyat tərzinə çevirmək azyaşlıya önəmli stimul qazandırar.
 
Müqayisə nifrət doğurur
 
Uşaqlar idmandakı ilk addımlarını həvəskar şəkildə atsalar da, zaman keçdikcə onların bir qismində peşəkar maraqlar yaranmağa başlayır. Rəqabət hissi, udmağı və uduzmağı bacarmaq, bunları həyatın qanunu kimi qəbul etmək idmanın uşaq və yeniyetmələrə qatdığı önəmli keyfiyyətlərdir. Ancaq hər azyaşlının psixologiyasının inkişafı fərqli olduğundan, bir çoxu sadalanan həqiqətləri asanlıqla qəbul edə bilmir. Həyatda hər hadisənin bir dərs, insanın özünü inkişaf etdirməsi üçün vasitə olduğunu uşağa izah etmək hamıdan öncə ata-anaların öhdəsinə düşür. Peşəkar idmanda ilk addımlarını atan uşağın gələcək uğurlarında məşqçi-müəllimlərdən də çox, valideynlərin yanaşması rol oynayır. Ələlxüsus, mütəxəssislər uşağı heç vaxt başqaları ilə müqayisə etməməyi məsləhət görürlər. Əksinə, onun ən kiçik uğurunu belə qabartmaq lazımdır. Belədə, uşaq bacarıqlı və önəmli bir fərd olduğunu hiss edir. Tərifin səmimi səslənməyi də önəmlidir. Uşaqlar valideynlərinin səslərindəki süniliyi tez hiss edirlər. Valideyn əgər yorğun və ya hansısa səbəbdən halsızdırsa, hisslərini ifadə edə bilmirsə, bunu övladına dürüst şəkildə etiraf etməlidir.
 
Unutmaq olmaz ki, sevgi və şəfqətlə əhatələ olunmuş uşağın bacara bilməyəcəyi heç nə yoxdur.
 
Sahib Əsədbəyli
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
01:10

KL: İtaliyada ilə İngiltərədə "qol yağdı"

01:03

AL: "Bayer" Romada inamlı qələbə qazandı

02 May 2024
21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

Facebookdan bizi izləməyi unutmayın.
X