14:14 09.09.2021 862

Tokio 2020: Azərbaycan üçün ən məhsuldar Paralimpiada - Saysız-hesabsız ilklərimiz

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusu üzrə hazırlanmışdır)

Tokio 2020 Yay Paralimpiya Oyunları başa çatdı. Heç şübhəsiz ki, bu yarışın nəticələri Azərbaycan idmanı tarixinə ən parlaq səhifələrdən biri kimi düşdü. Oyunlara rekord heyətlə yollanan komandamız gözləntiləri artıqlamasıyla doğruldaraq 14 qızıl, 1 gümüş, 4 bürünc medalla 163 ölkə arasında 10-cu yeri tutdu. Tokio 2020 əldə olunan mükafatların həm keyfiyyətinə, həm də kəmiyyətinə görə yığmamızın ən məhsuldar Paralimpiadası oldu. Əsas diqqətçəkən məqam isə baş mükafatların sayının əvvəlki altı Oyunlardakının toplamını belə, geridə qoymasıdır.

Azərbaycan komandası yarışa 6 növ üzrə 36 lisenziya qazansa da, iki idmançımız - əvvəlki Rio 2016 Paralimpiadasında ölkəmizin aktivinə yeganə "qızıl"ı yazdıran cüdoçu Ramil Qasımov, digəri isə tanınmış parataekvondoçu, dünya və Avropa çempionatlarının qalibi Aynur Məmmədova koronavirusa yoluxduğundan mübarizəyə qatıla bilmədi. 34 idmançımız ümumilikdə 45 proqram üzrə yarışdı.

Təmsilçilərimizin əksəriyyəti cüdo və atletikada cəmləşmişdi. Belədə, əsas medal ümidləri bu iki növ və əvvəlki iki Oyunlarda uğurlu çıxışla yadda qalan üzgüçülük üzrə təmsilçilərimizə idi. 

Cüdo millisinin 10 üzvündən altısı Paralimpiadanı fəxri kürsünün ən yüksək, ikisi isə üçüncü pilləsində başa vurdu ki, bu göstərici ilə Azərbaycan 41 ölkə arasında birinci yeri tutdu. Bütün dövrlərin sıralamasında isə ölkəmiz Yaponiyaya "qonşu" oldu. Cüdonun banilərinin hesabında 12, bizim aktivimizdə isə 11 qızıl medal var. Onu da vurğulamalıyıq ki, yaponlar növün proqrama salındığı ilk Paralimpiada - Seul 1988-dən, Azərbaycan isə Afina 2004-dən cüdo yarışlarında təmsil olunur. Altı çempionun hamısı üçün Tokio 2020-nin ilk Paralimpiada olduğunu qeyd etmək də yerinə düşər. Beşinci dəfə zirvə yarışında mübarizə aparan ikiqat Paralimpiya çempionu İlham Zəkiyev isə dörd Oyunlarda medal qazanan idmançı kimi ölkədə bir ilk müəyyənləşdirdi.

Atletika millimizin heyətində kifayət qədər yarış praktikası olan titullu idmançılarla yanaşı, birinci dəfə Paralimpiada həyəcanı yaşayan perspektivli gənclər də yer almışdı. Yekunda həm təcrübə, həm də gənclik sözünü deməyi bacardı. Millimizin beş üzvü ümumilikdə 6 medala sahib çıxdı. 19 yaşlı atlet Lamiyə Vəliyeva (T13 kateqoriyası) 100 metr məsafəyə qaçışda ispaniyalı idmançıdan cüzi fərqlə geri qalaraq gümüş, 400 metr məsafəyə qaçışda isə Paralimpiya rekordu qıraraq qızıl medalı boynundan asdı. 42 yaşlı Elvin Astanov (F53 kateqoriyası) nüvəitələmə növündə, Həmid Heydəri nizəatmada (F57 kateqoriyası) dünya rekordunu yenilədi. Atletlərimizin bir zirvə yarışında üç rekord yeniləməsi də ayrılıqda tarixi ilk idi.

Üzgüçülük yarışlarında komandamızın lideri Roman Saley özünü ən yaxşı tərəfdən göstərdi. Millimizin 27 yaşlı üzvü arxasıüstə, sərbəst və batterflay üsulu ilə üzmədə 100 metr məsafəni hamıdan birinci qət edərək, üçqat Paralimpiya çempionu adını qazanan ilk Azərbaycan idmançısı oldu. Belə ki, bunadək İlham Zəkiyevdən başqa, hazırda atletika yığmasının baş məşqçisi postunu tutan Oleq Panyutin Oyunlarda iki dəfə çempionluq sevinci yaşamışdı. 

19 yaşını tamam etməyən Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmədə həm baş mükafata sahib çıxdı, həm də yeni Paralimpiya rekordu müəyyənləşdirdi.

Pauerliftinq üzrə təmsilçimiz Pərvin Məmmədovun sürpriz "bürünc"ü də ölkəmiz adına tarixi ilklə əlamətdar oldu. 49 kiloqram çəki dərəcəsində yarışan 26 yaşlı idmançımız öz nəticəsi iıə Paralimpiadalarda medal qazandığımız növlərin sayını beşə yüksəltdi. 

Ancaq əfsus ki, digər pauerliftinqçilərimiz onlara bəslənən etimadı doğrulda bilmədilər. Eks dünya rekordçusu Elşən Hüseynovun (107 kq) ardıcıl ikinci Paralimpiya Oyunlarında sifariş etdiyi heç bir çəkinin öhdəsindən gələ bilməməsi xüsusilə təəssüf doğurdu. 

Tokio 2020-də sadalanan parlaq nailiyyətlər və önəmli ilklərlə yanaşı, bəzi uğursuz məqamlar da yaşandı. Daha dəqiq, uzun illərdir ki, dünya və Avropa çempionatlarında adından söz etdirən taekvondoçularımız və  güllə atıcılarımızdan heç birinin dördilliyin zirvə yarışında fərqlənə bilməməsi bu idman növlərindəkı boşluqları üzə çıxartdı.

"Qazilərimiz üçün də bir stimul olacaq"

Oyunların yekunları ilə bağlı saytımıza danışan cüdo millimizin üzvü, həmçinin Milli Paralimpiya Komitəsinin vitse-prezidenti postunu tutan İlham Zəkiyev Azərbaycanda bundan sonra Paralimpiya hərəkatının daha geniş vüsət alacağına əminliyini ifadə edib. Afina və Pekin Paralimpiadalarının qalibi olan Qarabağ qazisi idmançılarımızın Tokio 2020-dəki nailiyyətlərinin 44 günlük Vətən müharibəsində yaralanan hərbçilərimiz üçün də stimul olacağını qeyd edib:

Poqnozlar əsasən "qızıl" sayı ilə bağlı idi. Londondakı rekordun yenilənməsini gözləyirdik. İdmançılarımız nəinki o rekordu qırdı, bunadək iştirak etdiyimiz bütün Paralimpiya Oyunlarında əldə olunandan daha artıq sayda qızıl medal qazandılar. Uğurlu çıxış gözlənilən idi, amma bu dərəcəsi şəxsən mənim üçün xoş sürpriz oldu. Bunu da qeyd edim ki, medal gözlədiyimiz bəzi idmançılar imkanlarından aşağı səviyyədə çıxış etdisə, bir sıra təmsilçilərimiz yüksək nailiyyəti ilə hamını təəccübləndirdi.

İldən-ilə Milli Paralimpiya Komitəsinə müraciət edənlərin sayı artır. İndiki nəticələrdən ruhlanıb gələnlər çox olacaq. Bu da rəqabətin artması deməkdir. Aydındır ki, rəqabət olan yerdə inkişaf da var. 

Əminəm ki, nəticələr həmçinin 44 günlük Vətən müharibəsində yaralanaraq sağlamlığını itirən qazilərimiz üçün də bir stimul olacaq. Komitə olaraq Paralimpiya Oyunlarından öncə də qazilərimizlə görüşlər keçirmişdik. Mənim özüm də dəfələrlə görüşlərdə iştirak etmişəm. Hiss etmişəm ki, bir çoxu bu işə həvəsli yanaşır. Hələlik onlar reabilitasiya dövrü keçirlər. Çalışacağıq ki, qarşıdakı tsikldə bir bir qrup qazimizi fiziki məhdudiyyət və bacarıqlarına uyğun olaraq sıralarımıza cəlb edək".

Sahib Əsədbəyli 

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Aprel 2024
10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

10:35

U-17 Belarusla üz-üzə

10:14

"Bayer"in rəsmisi Virtsin qiyməti haqqında: "Səhv etmişəm" 

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

18:46

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

17:55

"Əvvəllər burada qələbə qazanıb-qazanmadığımızı xatırlamıram" - Yürgen Klopp

17:26

Birinci Liqa: 24-cü turun oyunlarının başlama vaxtları açıqlandı

17:04

İkinci Liqa: Lider təqibçisini yendi

16:52

Daha iki futbolçunun adı İPL-in Şöhrət Zalına daxil edildi

16:32

Onana "Mançester Siti" ilə final matçından nə gözləyir?

16:11

Klassen fırıldaqçıların toruna düşdü

15:45

Rusiya millisinin üzvü 21 yaşında dünyasını dəyişdi

15:26

Xavi qalmağa hazırdır - İDDİA

14:59

Azərbaycan Kuboku: Yarımfinalın cavab oyunlarının vaxtı bilindi

14:45

ABL: Müntəzəm mövsümün son turunun proqramı bilindi

14:20

"Əla iş gördük və çox xoşbəxtik" - Lukas Vaskes

13:51

"Musa bizə klubdan ayrılmaq istədiyini..." - "Yurqorden" rəsmisi

13:30

Nə "Real"ın Vinisius kimi braziliyalısı olub, nə də "Barselona"nın

13:11

"Beynimdə bir qərar var, amma..." - Tyaqo Silva

12:52

Tuxel İngiltərə nəhəngi ilə danışıq aparır

12:35

Azərbaycan Kuboku: Yarımfinal görüşlərinin başlama saatları açıqlandı

12:18

"Hə, bu, biabırçılıqdır" - Xavi

11:59

Onur və Yağmur Fransaya yollanacaqlar

11:41

"Zirə" 50-yə, "Səbail" 100-ə çatdı

11:23

"Neftçi" ianə etdi

11:10

"Real"ın "Barselona" üzərində dramatik qələbəsi - VİDEO

10:54

"Bir daha sübut etdik ki..." - Modriç "Barselona" üzərində qələbəni dəyərləndirdi

09:47

Rahil Məmmədov oynadı, komandası “Lex”ə...

09:25

Hüseynovlu “Arda” ÇSKA-ya uduzdu

09:00

"İndi titula daha yaxınıq" - Ançelotti 

00:11

"Bayer" Dortmundda da uduzmadı

21 Aprel 2024
23:50

“Liverpul”dan inamlı qələbə

22:37

"Bəzi mövqelərdə rəqabət yoxdur" - Elmar Baxşıyev

Facebookdan bizi izləməyi unutmayın.
X