Azərbaycan yığmasının 4 futbolçusu UEFA Millətlər Liqasının C Divizionun 3-cü qrupunun rəmzi komandasına düşüb.
Fanat.Az xəbər verir ki, "WhoScored" statistika saytının 6 turun nəticələrinə əsasən tərtib etdiyi siyahıda Emin Mahmudov, Ramil Şeydayev, Bəhlul Mustafazadə və Höccət Haqverdi yer alıb.
Ən yaxşı "11-lik"də Qazaxıstan 4, Slovakiya və Belarus isə hərəyə 1 futbolçu ilə təmsil olunub.
Qeyd edək ki, Azərbaycan millisi 3-cü qrupu 10 xalla 2-ci pillədə tamamlayıb.