Zaqreb "Dinamo"sunun baş məşqçisi Ante Çaçiç Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin son durumunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında hücumçunun hazırda zədədən əziyyət çəkmədiyini və digər futbolçular kimi səylə çalışdığını deyib.
69 yaşlı mütəxəssis bir müddət əvvəl belindəki ağrılardan şikayətlənən Mahirin Xorvatiya çempionıtının XIX turunda - "Lokomotiva"ya qarşı matçda meydana çıxa biləcəyini açıqlayıb .
Qeyd edək ki, yanvarın 28-də keçiriləcək "Dinamo" - "Lokomotiva" matçı Bakı vaxtı ilə saat 20:10-da start götürəcək.
Nihat