Bakıda futbol üzrə milli komandalar arasında “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək oyunların məkanı və başlama saatı müəyyənləşib.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 4 matç iki stadionda baş tutacaq.
Azərbaycan yığması hər iki görüşünü Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Digər iki qarşılaşma isə “Dalğa Arena”da reallaşacaq.
FIFA series – Edition 2024
22 mart
17.00. Bolqarıstan – Tanzaniya
“Dalğa Arena”
20.00. Azərbaycan – Monqolustan
Tofiq Bəhramov adına Respublika stadionu
25 mart
17.00. Tanzaniya – Monqolustan
“Dalğa Arena”
20.00. Azərbaycan – Bolqarıstan
Tofiq Bəhramov adına Respublika stadionu