Çimərlik futbolu üzrə Azərbaycan milli komandası aprelin 4-dən 11-dək Çinin Haikou şəhərində təşkil olunacaq "2018 CFA Belt and Road İnternational Beach Soccer Cup” beynəlxalq turnirdə iştirak edəcək.
Fanat.Az xəbər verir ki, aprelin 6-da, 7-də və 8-də müvafiq olaraq Macarıstan, Çin və Çexiya yığma komandaları ilə qarşılaşacaq millimizə aşağıda adları qeyd olunan futbolçular çağırılıb:
Vaqif Şirinbəyov, Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol