11:33 16.04.2018 1727

Milli yalan, yaxud U-17 necə U-16 oldu?

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinada keçirilən UEFA İnkişaf turnirində sonuncu yeri tutub. Digər yığmalarımızın martda ənənə halına saldıqları məğlubiyyət seriyasını Ramin Quliyevin yetirmələri də davam etdiriblər.

Makedoniya (0:2), Xorvatiya (0:1), Bosniya və Herseqovina (2:3) ilə görüşlərin nəticələri sürpriz olmadı. Ancaq maraqlı məqam yığmamızın səfərə U-17 kimi gedib, U-16 kimi qayıtmasıdı. 

Hələ aprelin 2-də AFFA rəsmi saytı vasitəsilə U-17-nin Bosniya və Herseqovinaya gedəcəyini, yuxarıda adları sadalanan komandalarla beynəlxalq turnirdə qarşılaşacağını vurğulamışdı. Makedoniya ilə ilk matçdan sonra da məğlubiyyət Ramin Quliyevin kollektivinin passivinə yazılmışdı. Lakin nə baş verdisə, növbəti iki qarşılaşmada meydana U-16 çıxası oldu. Hər halda, assosiasiyanın saytına inansaq, Xorvatiya, həmçinin Bosniya və Herseqovina ilə oyuna Azər Məmmədovun yetirmələri çıxıb.

Halbuki, Bosniya Futbol Federasiyasının rəsmi saytı oyunun protokolunda baş məşqçi kimi Ramin Quliyevi göstərib. Üstəlik, rəqib də bosniyalıların U-16 komandası olub. Fotosessiyada da Azər Məmmədovun yox, Ramin Quliyevin texniki zonada əyləşdiyi görünür. 

Yeni yaradılmış U-16 yığmamız isə aprelin 22-28-i aralığında Antalya şəhərində beynəlxalq turnirdə iştirak etməli, Yunanıstan, Türkiyə və Gürcüstanla qarşılaşmalıdı. 

Bosniyaya 17 yaşlıların gedib, orda 16-ya çevrilməsindən yalnız bir qənaətə gəlmək olar: Yığmamızın rəqibləri 16 yaşadək oyunçular olub. Görünür, ilk görüşdəki məğlubiyyətdən sonra da özlərindən kiçiklərə uduzmaq ləkəsindən qurtulmaq üçün bu yalana əl atıblar. 

AFFA-nın saytında millimizin heyətinin 2002-ci il təvəllüdlü oyunçulardan təşkil edildiyi yazılıb. Bu təvəllüddən olanlar isə 17 yaşadək futbolçular sayılır və növbəti seçmə mərhələdə U-17-nin şərəfini qoruyacaqlar.

Milli komandaların mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu da turnirdə Ramin Quliyevin yetirmələrinin iştirak etdiyini söyləyib. O, sadəcə, AFFA-nın saytında yanlışlığa yol verildiyini bildirib: "Turnir U-16-lar, yəni 2002-ci il təvəllüdlü futbolçular arasında keçirilib. Ancaq bizdə 2002-ci illər artıq U-17-yə cəlb olunublar. Bu təvəllüddən olanlar hazırda UEFA-da U-16 sayılır. Çünki 2001-ci il təvəllüdlülərin hələ elit-raund mərhələsi keçiriləcək. Yalnız may ayından etibarən 2002-lər U-17 sayılacaqlar. Bizim yığmamız elit-raunda vəsiqə qazanmadığından, indidən növbəti seçmə mərhələyə hazırlıq üçün bu yaş qrupuna üstünlük verib. Baş məşqçi də Ramin Quliyev olub. AFFA-nın rəsmi saytında isə bölmə kimi əvvəl U-17, sonra U-16 göstərilib. Yəqin ki, texniki səhv olub, yanlış bölmə seçilib”. 

P.S. Maraqlıdı, bir həftə sonra Antalyada başlayacaq turnirdə U-16 yığmamız sonradan U-15-ə çevrilə bilərmi?

Mənbə: apasport.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
14:31

"Kəpəz" "Araz-Naxçıvan"ın kapitanı ilə anlaşdı - VİDEO

14:00

İspaniya nəhəngi PSJ-nin oyunçusu ilə gücləndi - RƏSMİ

13:30

İlqar Nadiri bu klubu alıb Gəncəyə köçürür - AÇIQLAMA

12:58

ÇL: "Neftçi" PAOK ilə final matçına çıxır

12:20

"Qalatasaray" “Fənərbağça”nın istədiyi ulduza elçi düşdü - SON DURUM

11:50

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürdü

11:06

Almanlar "Real Madrid"in 100 milyon avroluq təklifini geri çevirdilər

10:34

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

Facebookdan bizi izləməyi unutmayın.
X