19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komanda Antalyada, Arslan Zeki Demirçi Spor Kompleksində Türkiyə yığması ilə üz-üzə gəlib. Qarşılaşma millinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, milli komanda Avropa çempionatının ilkin seçmə mərhələsindəki ikinci oyununu Kipr-ə qarşı keçirəcək. Oktyabrın 10-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol