"Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsində meydana çıxıb. O, D qrupunun III turunun Qambiya ilə ev oyununda iştirak edib. Start heyətində meydana çıxan Atakora 58-ci dəqiqədə əvəzlənib. Toqo millisi bu ev oyununda 1 xalla kifayətlənib – 1:1.
Xatırladaq ki, üç oyundan sonra hesabında 2 xal olan Atakoranın komandası 4-cü pillədə qərarlaşıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol