22:02 01.06.2019 1920

Nikola Yurçeviç: "Mənim üçün şok oldu"

Azərbaycan millisi yoxlama oyununda U-21 komandasını 3:0 hesabı ilə yenib.

 

 

 

Fanat.Az xəbər verir ki, görüşdən sonra əsas yığmanın baş məşqçisi Nikola Yurçeviç jurnalistlərin suallarını cavablandırıb.


- Oyun barədə fikirləriniz necədi?

- Ümumi götürsək yaxşı oyun alındı. Həm gənclərdən ibarət yığma komandamızın oyunçuları özlərini yaxşı tərəfdən göstərdi, onların oyunlarını bəyəndim, həm də əsas milli komandanın oyunu pis deyildi. Bu görüş bizim üçün məğz etibarı ilə məşqi əvəz edən oyun idi. Bu matça baxıb gələcək üçün nələrsə düşünmək olar. Oyundan razı qaldım.


- Renat Dadaşov bu gün meydanda idi. Onunla bağlı fikirləriniz nələrdi?

- Təxminən bir həftədi ki, bizimlə birgə məşq edir, məşqlərdə özünü yaxşı tərəfdən göstərir, deyə bilmərəm ki, bu onun gələcəkdəki oyunlar üçün heyətdə olmasına nə qədər bəs edəcək. Hər halda qətiyyətlə qeyd edə bilərəm ki, Renat milli komanda üçün maraqlı və potensialı olan futbolçudu. Ondan gələcəkdə nəsə gözləyirik.


- Rüfət Dadşov ikinci hissədə meydana çıxsa da, sonradan yenə oyundan alındı. Səbəb?

- Heyətdə olan futbolçularımızın hamısı oynadı. Ola bilər kimsə daha çox, kimsə daha az top qovdu. Söhbət Rüfətdən gedirsə, bizdə mərkəz hücumçusu mövqeyində oynamalı olan 3 futbolçu var. Hamısına şans verdik. Bunu əvvəlcədən planlaşdırmışdıq. 


- Macarıstan və Slovakiya ilə oyunlar üçün müdafiə xəttinin mərkəzində hansı futbolçuların oynayacığını dəqiqləşdirmisinizmi?

- Deyə bilərəm ki, futbolçular arasında ciddi fərqlər yoxdu. Hər birinin üstün cəhətləri var. Hələ ki, kimin oynayacağını müəyyən etməmişəm. Düşünürəm ki, qarşıdakı günlərdə futbolçular bunu bizə göstərəcək.


- Ramil Şeydayev, Emil Balayev və Pavel Paşayevin komandaya gec qoşulmağı və Eddi İsrafilovun olmaması komandanın planına necə təsir edəcək?

- Yaxşı hal deyil ki, Emil Balayev, Pavel Paşayev və Ramil Şeydayev bizə bir qədər gec qoşulacaq və bizimlə cəmi 3-4 məşqdə iştirak edə biləcəklər. Eddi İsrafilovun durumunu eşidəndə mənim üçün şok oldu. O, özünü Xorvatiya və Litva ilə oyunlarda yaxşı tərəfdən göstərdi. Eddi fiziki göstəricilərinə görə meydanın mərkəzində bizim üçün əsas oyunçulardan biri idi. Amma o, yoxdusa, digər oyunçular üçün şansdı. Bizə gec qoşulacaq futbolçuların daha tez düşərgəyə gəlməsini istəyərdik, amma bu alınmırsa vəziyyətlə barışmalıyıq.

 

 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyun 2026
15:36

İlham Yadullayev Bakı klubundan ayrılır? - Açıqlama

15:17

Azərbaycan millisi FİFA reytinqində gerilədi - Lider dəyişdi

14:59

"Şəfa"nı çempionluğa daşıyan Elgiz Kərəmli bu komandaya baş məşqçi təyin olunmağa yaxındır

14:38

Vadim Abdullayevin yeni iş yeri müəyyənləşmək üzrədir - SON DURUM

14:20

Xavi "Barsa Əfsanələri"ndən uzaqlaşdırıldı - Bu addımına görə Laporta ondan qisas alır

13:54

Tevesi Argentina millisinin sabiq baş məşqçisi əvəzlədi

13:33

Portuqaliyadan minimal hesablı qələbə, İngiltərə və Əlcəzairdən darmadağın - VİDEO

13:15

"Qarabağ" Bikalyo ilə uzunmüddətli yeni müqavilə imzaladı - RƏSMİ

12:57

Ançelotti Mərakeş millisi ilə oyun ərəfəsində belə danışdı

12:36

"Biz hökumətləri və polisi idarə edə bilən krallar deyilik" - İnfantino aciz durumda

12:18

Samir Ələkbərov Bakı klubuna baş məşqçi təyin olundu - Rəsmi

12:01

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:45

"Araz-Naxçıvan"ın yerlilərinin taleyinə aydınlıq gəldi - İkisi qalır, biri...

11:27

Mbappe DÇ-2026-da 4 rekord müəllifi ola bilər

11:06

"Zirə" 5 futbolçu ilə anlaşdı - RƏSMİ

10:30

"Qarabağ" "Levski" ilə qarşılaşacaq

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

16 yaşlı ukraynalı "Barselona" ilə peşəkar müqavilə imzaladı

09:25

"Bayer Leverkuzen" alman futbolunun yenu ulduzunu heyətinə cəlb etdi

09:00

DÇ-2026: Dünyanın ən nəhəng futbol bayramı başlayır

08:30

Kosovo klubunu Bakı təmsilçisinə dəyişən Elmirin taleyinə aydınlıq gəldi

02:33

"Fənərbağça" onun üçün 100 milyondan keçməyə hazırdır

01:48

Premyer Liqa klubunun "Neftçi"nin yetirməsi ilə bağlı mövqeyi bəlli oldu

01:24

106 milyon yetmədi, görün indi nə qədər istəyirlər

00:36

"Turan Tovuz"dan ayrılan Ozobiç yeni mövsümə harada başlayacaq?

10 İyun 2026
23:08

Tarixi rekordun sonu çatır: Messi, yoxsa Mbappe?

22:43

"Barselona"nın transfer siyahısı bəlli oldu

22:13

Lənkəranda güləş festivalı keçirildi

21:44

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşdı

21:21

Raul Ximenes "Vulverhempton"a geri döndü

20:51

Aykut Kocaman yenidən "Fənərbağça"da?

20:12

"Mançester Yunayted" İtaliya millisinin gənc ulduzunu hədəfə alıb

19:51

Xabi Alonso "Çelsi"də toxunulmaz futbolçuların siyahısını müəyyənləşdirib

19:25

Xorxe Mendes üç müştərisini "Real Madrid"ə təklif etdi

18:41

Tələbə Basketbol Liqasının mükafatçıları bəlli oldu

18:12

"Fiziki gücü artıq 20 il əvvəlki qədər deyil, lakin..."

17:44

"Şəfa" daha üç futbolçu ilə yollarını ayırdığını açıqlayıb

17:32

Azərbaycanın şito-ryu karate yığması AÇ-də 8 medal qazandı

17:11

"Belçikadan gözləntilər böyükdür, amma..." - Eden Hazar

16:53

Azərbaycan Mərakeşdə keçiriləcək dünya çempionatına 5 yelkənçi ilə qatılacaq

Facebookdan bizi izləməyi unutmayın.
X