16:04 07.09.2019 2245

Riçard Almeyda: "Heyf ki, onu göstərən tapılmadı"

Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda müsahibəsi

- Kardiffdə Uels yığmasına 1:2 hesabı ilə uduzduğumuz AVRO-2020-nin seçmə matçı bağlı fikirləriniz necədir? 
- Onu deyə bilərəm ki, məşqçinin dediklərini, məşqdə etdiklərimizi oyunda həyata keçirməyə çalışdıq. Qarşımıza qoyulan vəzifə də rəqibi daha çox əks-hücumda yaxalamaq idi. 2-3 dəfə belə şansımız oldu, yalnız birində sevindik. Buraxdığımız qollara baxanda istər-istəməz üzülürük. Həqiqətən də sırf bəxtsizlikdən buraxdığımız qolla məyus olduq. Qarşıda daha böyük oyun var. Uelslə oyunu unudub Xorvatiya ilə görüşü düşünməliyik.

- Uelsin oyunçusu yerdə olarkən sizi vurdu. Sizin fikrinizcə, baş hakim qırmızı vərəqə göstərməliydi?
- Təbii ki, qırmızı vərəqə idi. Heyf ki, onu göstərən tapılmadı. 

- Həmin epizodda baş hakim qırmızı vərəqə göstərsəydi, nəticə başqa cür ola bilərdi? 
- Niyə də yox? Biz bir nəfər artıq oynasaydıq, topa daha çox nəzarət edəcəkdik. Daha çox hücumlar edə biləcəkdik, onlardan faydalanmaq imkanımız da böyük olacaqdı. Olardımı, olmazdımı deyə bilmərəm, ancaq ən azından ehtimal idi. Başımızı yuxarı qaldırmalı və növbəti oyuna hazırlaşmalıyıq. 

- Oyundan öncə mətbuat konfransında Rayan Giqqz sizi xüsusi qeyd etdi. Sizə qarşı kobudluğun onun göstərişi ilə olduğunu demək mümkündür? 
- Uels və digər böyük komandaların oyununa və oyunçularına baxa-baxa böyümüşəm. Düşünmüşəm ki, mən də nə vaxtsa belə yaxşı ola bilərəm. Hansısa komandanın nümayəndələrinin haqqımda yaxşı sözlər deməsi həqiqətən xoşdur. Amma günün sonunda etdiyim qeyri-adi bir şey yoxdur. Əlimdən gələnin ən yaxşısını edirəm ki, özüm də yaxşı səviyyəyə gəlim. Söhbət tək məndən getmir, komanda yoldaşlarımdan da gedir. Uşaqlar mənə dəstək olmasalar, heç vaxt öz oyunumu göstərə bilmərəm, onlar mənə həmişə dəstəkdir. Uelsin oyunçularının əksəriyyəti Premyer Liqa kimi çempionatda oynayan futbolçulardır. Bilirik ki, bu cür liqalarda onlar sərt oynayır. 

- Növbəti görüş Xorvatiya kollektivi ilə olacaq. Nikola Yurçeviçin rəhbərliyi altında onun həmyerlilərini məyus edə biləcəksiniz? 
- Bugünkü gündə bütün ölkələr futbol oynamağı öyrənib. Baxmayaraq ki, rəqibimiz dünya ikincisidir, hər halda onlara qarşı da xoş nəticə əldə edə bilərik. Heç-heçə olar, qələbə ola bilər, əsas odur ki, tam ürəkdən oynayasan, kompaktlığı saxlayasan. Futbolçular bir-biri üçün vuruşası olsalar, niyə də olmasın? ("Report")

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyun 2026
19:04

Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli oldu

18:52

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat aldı

18:07

"Qarabağ" klubunun İdarə Heyətinin iclası keçirildi

17:48

Azərbaycan millisinin hücumçusu əməliyyat edildi

17:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Şamaxı" heyətinə daha bir futbolçu qatdı - RƏSMİ

17:18

İtaliya klubu baş məşqçisi ilə müqavilə yenilədi

16:51

İstanbul nəhəngi "Arsenal"ın vingerini istəyir - Maaşı açıqlandı

16:33

"Şəfa" loqosunu dəyişdi - FOTO

16:10

Premyer Liqa klubunu Çempionşipə salan məşqçi qovuldu

15:52

"Real Madrid" futbolçusunu İtaliya nəhənginə təklif etdi

15:36

İlham Yadullayev Bakı klubundan ayrılır? - Açıqlama

15:17

Azərbaycan millisi FİFA reytinqində gerilədi - Lider dəyişdi

14:59

"Şəfa"nı çempionluğa daşıyan Elgiz Kərəmli bu komandaya baş məşqçi təyin olunmağa yaxındır

14:38

Vadim Abdullayevin yeni iş yeri müəyyənləşmək üzrədir - SON DURUM

14:20

Xavi "Barsa Əfsanələri"ndən uzaqlaşdırıldı - Bu addımına görə Laporta ondan qisas alır

13:54

Tevesi Argentina millisinin sabiq baş məşqçisi əvəzlədi

13:33

Portuqaliyadan minimal hesablı qələbə, İngiltərə və Əlcəzairdən darmadağın - VİDEO

13:15

"Qarabağ" Bikalyo ilə uzunmüddətli yeni müqavilə imzaladı - RƏSMİ

12:57

Ançelotti Mərakeş millisi ilə oyun ərəfəsində belə danışdı

12:36

"Biz hökumətləri və polisi idarə edə bilən krallar deyilik" - İnfantino aciz durumda

12:18

Samir Ələkbərov Bakı klubuna baş məşqçi təyin olundu - Rəsmi

11:45

"Araz-Naxçıvan"ın yerlilərinin taleyinə aydınlıq gəldi - İkisi qalır, biri...

11:27

Mbappe DÇ-2026-da 4 rekord müəllifi ola bilər

11:06

"Zirə" 5 futbolçu ilə anlaşdı - RƏSMİ

10:30

"Qarabağ" "Levski" ilə qarşılaşacaq

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

16 yaşlı ukraynalı "Barselona" ilə peşəkar müqavilə imzaladı

09:25

"Bayer Leverkuzen" alman futbolunun yenu ulduzunu heyətinə cəlb etdi

09:00

DÇ-2026: Dünyanın ən nəhəng futbol bayramı başlayır

08:30

Kosovo klubunu Bakı təmsilçisinə dəyişən Elmirin taleyinə aydınlıq gəldi

02:33

"Fənərbağça" onun üçün 100 milyondan keçməyə hazırdır

01:48

Premyer Liqa klubunun "Neftçi"nin yetirməsi ilə bağlı mövqeyi bəlli oldu

01:24

106 milyon yetmədi, görün indi nə qədər istəyirlər

00:36

"Turan Tovuz"dan ayrılan Ozobiç yeni mövsümə harada başlayacaq?

10 İyun 2026
23:08

Tarixi rekordun sonu çatır: Messi, yoxsa Mbappe?

22:43

"Barselona"nın transfer siyahısı bəlli oldu

22:13

Lənkəranda güləş festivalı keçirildi

21:44

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşdı

21:21

Raul Ximenes "Vulverhempton"a geri döndü

Facebookdan bizi izləməyi unutmayın.
X