Futbol üzrə Rusiya milli komandası 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına buraxılmaya bilər.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, buna səbəb Rusiya Antidopinq Agentliyinin (RUSADA) fəaliyyətində nöqsanların aşkarlanmasıdı. Ümumdünya Antidopinq Agentliyi (WADA) bu yaxınlarda RUSADA-nın Moskva dopinq nümunələri laboratoriyasının məlumat bazasında uyğunsuzluqlar aşkarlayıb. Rusiya tərəfinə üç həftə müddətində bu uyğunsuzluqla əlaqədar izahat hazırlayıb WADA-ya təqdim etmək təklif olunub.
Əgər WADA RUSADA-ya qarşı sanksiya tətbiq etsə, ölkənun futbol yığması mundialdan kənar qalacaq. "Bizdə fakt var ki, məlumat bazasından bir sıra məlumatlar pozulub” deyə WADA nümayəndəsi Conatan Teylor "BBC Sport”a bildirib.
Fanat.Az